Azərbaycan prezidenti Bakının Suraxanı rayonunda olub
Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, prezident İlham Əliyev açılış mərasimində iştirak edib.
Azərbaycan prezidenti İlham Əliyev yeni korpusun rəmzi açılışını bildirən lenti kəsib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı prezident İlham Əliyevə məlumat verib. İnşa olunan yeni korpusda 480 şagird təhsil alacaq.
Ərazidə açıq idman meydançasının salınacağı da vurğulanıb.
85 nömrəli məktəbin yeni korpusunda yaradılan şəraitlə tanışlıqdan sonra dövlət başçısı müvafiq tapşırıqlarını verib.
Azərbaycan prezidenti İlham Əliyev bu gün həmçinin Bakının Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsindəki 85 nömrəli tam orta məktəbin yeni korpusunun açılış mərasimindən sonra Bülbülə qəsəbəsindəki 268 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub. 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin və uşaq bağçalarının əsaslı təmir və yenidən qurulması ilə bağlı nəzərdə tutulan tədbirlər planına uyğun olaraq Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki 268 nömrəli körpələr evi-uşaq bağçası da əsaslı şəkildə yenidən qurulub. Dövlət başçısına 268 nömrəli körpələr evi-uşaq bağçasında görülən işlərlə bağlı məlumat verilib. Bildirilib ki, bağçanın binası 1989-cu ildə inşa olunub, Azərbaycan prezidentinin tapşırığı ilə 2012-ci ildə əsaslı şəkildə yenidən qurulub. Bağçada 240 nəfərdən ibarət 12 qrup fəaliyyət göstərir.
Körpələr evi-uşaq bağçası ilə yaxından tanış olan dövlət başçısı müvafiq tapşırıqlarını verib.

587