Təmiz havanın görmə qabiliyyətinə təsiri varmış
Kembric Universitetinin (Böyük Britaniya) alimləri 23 işin icmalını vermiş və 7 birdəfəlik tədqiqatın nəticələrini araşdırmışlar. Onlar müstəqil dəyişənləri təhlil edərək müəyyənləşdirmişlər ki, həftə ərzində küçədə keçirilən hər bir əlavə saat uşaqlarda yaxındangörmənin meydana çıxması ehtimalını 2 faiz azaldır.
Üç qrup tədqiqatın məlumatları havada keçirilən vaxta görə miopiyaya tutulma riski üzrə təxmini göstəricilər əldə etməyə imkan vermişdir. Bundan başqa, üç eksperiment gedişində müəyyən edilmişdir ki, gəzintilərin müddətinin artırılması yaxındangörmənin artmasının qarşısını xeyli alır.
Tədqiqatçıların gəldikləri qənaətə görə, bütövlükdə alınmış məlumatlar təsdiq edir ki, müntəzəm olaraq uzun müddət təmiz havada olmaq uşaqlar və yeniyetmələr arasında yaxındangörmənin inkişafı və onun sürətlənməsi ehtimalını azaltmaq üçün sadə vasitədir.
Son onilliklər ərzində yaxındangörmədən əziyyət çəkən insanların sayı xeyli artmışdır. Eynəkli adamlar zamanın ayrılmaz tərkib hissəsinə çevrilmişdir: dünyada cəmi təqribən 1 milyard adam eynək taxır.
Azərtac

595