TQDK müsabiqə elan edib
Bu barədə Lent.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xətti ilə 2012/2013-cü tədris ili üçün TQDK Türkiyə Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsinə tələbə qəbulu elan edir. Müsabiqədə 2012-ci ildə mülki ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600-dən yüksək bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər. Müsabiqə əsasında 6 nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Müdafiə Nazirliyinə göndəriləcək. Müsahibənin nəticələri bəlli olduqdan sonra ən uğurlu göstərici əldə etmiş 2 nəfər namizəd Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasına təhsil almağa göndəriləcək.
Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsində təhsil müddəti 6 ildir. Kursantlar təhsil müddəti ərzində tam dövlət təminatındadırlar. 1-ci kursda kursantlar hərbi and içir və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları sırasına daxil edilirlər. Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

601