İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi Yasamalda ictimai müzakirə keçirib
İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Yerli özünüidarədə ictimai iştirakçılıq, ictimai rəy və fikrin öyrənilməsində vətəndaş cəmiyyəti institutlarının rolunun artırılması” layihəsi çərçivəsində Yasamal rayon bələdiyyəsində ictimai müzakirə keçirib. Lent.az-ın məlumatına görə, tədbirdə bələdiyyə üzvləri və qulluqçuları, məhəllə komitələrinin təmsilçiləri, QHT rəhbərləri və gənclər iştirak edib. Layihə rəhbəri Rəfail Becanov layihənin məqsədləri, görülən işlər və vətəndaş cəmiyyəti sektoru ilə bələdiyyələr arasındakı əlaqələrin artırılması ilə bağlı geniş məruzə edib. O, bildirib ki, layihə zamanı, ondan əvvəlki müşahidələrimiz, monitorinqlərimiz göstərib ki, bələdiyyələrdə indiyə kimi ictimai fikir və rəyin öyrənilməsi istiqamətində ictimai müzakirədən başqa, qanunvericiliyin imkan verdiyi digər formalardan istifadə olunmayıb: “Bizim məqsədimiz bələdiyyələrlə Vətəndaş cəmiyyəti sektoru arasında münasibətlərin inkişafı və bələdiyyələrin fəaliyyətində açıqlıq, şəffaflıq prinsiplərinin artırılmasıdır. Buna görə də hesab edirik ki, Bələdiyyələrin yanında İctimai Şuralar yaradılmalıdır”.
Daha sonra Yasamal bələdiyyəsinin sədr müavini Əli Əkbərli, QHT Əməkdaşlıq Alyansının koordinatoru Xanoğlan Əhmədov çıxış ediblər.
Daha sonra Yasamal bələdiyyəsinin sədr müavini Əli Əkbərli, QHT Əməkdaşlıq Alyansının koordinatoru Xanoğlan Əhmədov çıxış ediblər.
705