Sumqayıtda satılan at ətində bağırsaq çöpləri tapılıb
Bu barədə Lent.az-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən kənd təsərrüfatı yarmarkasında satışı aşkar olunmuş at ətinin və mənşəyi məlum olmayan digər ətlərin laborator müayinələrinin nəticələri müəyyən olunub və SMPDK-in Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyasında götürülmüş nümunələrin sınağı aparılıb. Sınaqlar nəticəsində laboratoriyaya təqdim edilmiş “at əti” nümunəsində yoxlanılmış göstəricilərindən patogen mikroorqanizmlər, o cümlədən salmonellər və bağırsaq çöpləri qrupundan olan bakteriyalar, “mənşəyi məlum olmayan ət” nümunəsində isə bağırsaq çöpləri qrupundan olan bakteriyalar aşkar edilib.
Qeyd edək ki, Dövlət Xidmətinin Sumqayıt Ərazi İdarəsinə daxil olmuş məlumat əsasında Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən kənd təsərrüfatı yarmarkasında araşdırma aparılıb. Araşdırma zamanı müəyyən olunub ki, özünü Bərdə şəhər sakini Novruzov Zaur Məmməd oğlu kimi təqdim edən şəxs tərəfindən iyulun 27-də Bərdə rayonundan mənşəyi məlum olmayan ət alınaraq yarmarkaya gətirilib.
Vətəndaşlara mal əti adı ilə 1 kiloqramı 4-5 manata satılan ətin dana əti olmadığı, istehlakçı hüquqlarının kobud şəkildə pozulduğu aşkar olunaraq ətin mənşəyi barədə araşdırma aparılıb.
Məlum olub ki, Bərdə şəhərindən gətirilmiş ətin 140 kq at əti, 25 kq camış əti, 18 kq isə qoyun ətidir. Bunu Novruzov Zaur Məmməd oğlu özü də yazılı izahatında təsdiq edib. İstehlakçı hüquqlarının kobud şəkildə pozulması ilə əlaqədar toplanmış materiallar qanunvericilik çərçivəsində tədbirlər görülməsi məqsədilə Sumqayıt şəhər Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib.
Araşdırmalar davam etdirilir.

654