Bakı sakinlərinə intellektual nəqliyyat müjdəsi - FOTO
01 avqust 2012 15:05 (UTC +04:00)

Bakı sakinlərinə intellektual nəqliyyat müjdəsi - FOTO

Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin saytı fəaliyyətə başlayıb. Lent.az-ın məlumatına görə, saytda sürücülər, paytaxt sakinləri və sərnişinlər üçün xeyli faydalı məlumatlar yerləşdirilib.

Mərkəzin saytında Bakının böyük ölçülü xəritəsi də yerləşdirilib. Bu xəritənin köməkliyi ilə Bakının daxilində və şəhərdən kənara hərəkət edən bütün marşrut avtobuslarının hərəkət istiqamətlərini, dayanacaqlarını, avtobuslar arasındakı vaxt intervalını öyrənmək olar. Xəritədə həm də şəhərdəki ən iri obyektlər də qeyd olunub. Bakıdakı bütün tibb müəssisələri demək olar ki, nəzərə alınıb. Bu da baş verə biləcək hər hansı yol-nəqliyyat hadisəsi zamanı operativliyi təmin etmək üçündür.

Mərkəzin saytında avtobusların harada olması və neçə dəqiqə sonra hansı dayanacağa çatacağı da dəqiq göstərilib. Avtobusların yeri kiçik avtobus şəkilləri ilə qeyd olunur.

Bundan başqa mərkəzin saytı vasitəsi ilə Bakıda hansı küçələrin bağlı olduğu, hansılarda yol-təmir işlərinin aparıldığını da əvvəlcədən öyrənmək olar. Avqustun 1-i üçün saytda yerləşdirilib

• Yol təmir tikinti işləri ilə əlaqədar yol bağlıdır.(Neftçilər pr.)
• Təmir-bərpa işləri aparılır.(Afiyəddin Cəlilov küç.)
• Yol bağlıdır.(Əziz Əliyev küç.)
• Yol bağlıdır!(Həsənbəy Zərdabi pr.),-(Bülbül pr.)

Saytda hansı yollarda nəqliyyatın sıx olması isə müxtəlif rənglərlə göstərilib. Xəritədə yaşıl rənglə qeyd edilmiş yol və küçələrdə hərəkətin sərbəst olduğu, sarı rənglilər normal hərəkət rejimini, qırmızılar nəqliyyat vasitələrinin sıx cərgələndiyi yolları bildirir. Qara rəngli yollar isə hələlik mərkəzin şəbəkəsinə daxil olmayanlardır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 852

Oxşar yazılar