DSMF-nun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 5,23 faiz artıb
Cari ilin 6 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 5,23 faiz artaraq 12 898 nəfərə yüksəlib. Bu barədə Lent.az-a Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.
Cari ilin iyulun 1-nə olan statistikaya əsasən, ümumilikdə 95 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında əvvəlki hesabat dövrlərində olduğu kimi Türkiyə vətəndaşları (7497 nəfər) çoxluq təşkil edir. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1527 nəfərə çatıb. Üçüncü yerdə gələn Rusiya vətəndaşlarının sayı isə hazırda 672 nəfərdir.
Sonrakı yerlərdə İran (423), Hindistan (289), Çin (257), Böyük Britaniya (165), Özbəkistan (161), Bosniya və Hersoqovina (128), Pakistan (114), Almaniya (111) , Ukrayna (107), Filippin (106), İtaliya (91), Türkmənistan (86), Malayziya (80), Qazaxıstan (76), ABŞ (70) və s. ölkələr gəlir.
Qeyd edək ki, 2006-cı il-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanılıb. Hazırda dövlət sosial sığorta sistemində fərdi uçotun daha da inkişafı üçün həyata keçirilən tədbirlərin istiqamətlərindən biri kimi Azərbaycan mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması davam etdirilir.

1199