Nazirlik Şəkiyə protez apardı – FOTO
27 iyul 2012 17:25 (UTC +04:00)

Nazirlik Şəkiyə protez apardı – FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzinin səyyar tibbi-texniki briqadası tərəfindən bu gün Şəki şəhərində bir qrup əlilə səyyar formada protez-ortopedik bərpa xidməti göstərilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, son üç gün ərzində həmin briqada tərəfindən Şamaxı-Şəki bölgəsi üzrə 40 nəfərə yaxın əlil şəxs protez-ortopedik bərpa xidməti ilə təmin edilib. Tədbirdə iştirak edən ƏƏSM-in əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdir müavini Saday Abdullayev bildirib ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əsasən, ölkədə əlilliyi olan şəxslərin protez-ortopediya məmulatları ilə təmin edilməsi işləri ambulator, stasionar formada olmaqla yanaşı, səyyar formada da həyata keçirilir. Belə ki, müxtəlif bölgələrdə yaşayan, dayaq-hərəkət sistemi pozulmuş, protez-ortopediya məmulatlarına ehtiyac duyan əlil şəxslər səyyar tibbi-texniki briqadalar tərəfindən yaşadıqları regionlarda protez-ortopediya və reabilitasiya xidməti ilə təmin olunurlar.

Qeyd edək ki, bu gün həmçinin Şəki şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzində keçirilən iclasda isə bölgədə yaşayan əlillərin müraciətlərinə baxılması sahəsində vəziyyət geniş müzakirə olunub, yerli strukturlara müvafiq tapşırıqlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1138

Oxşar yazılar