TQDK sədri: “150 balın dövlət sifarişinə aidiyyatı yoxdur”
27 iyul 2012 12:22 (UTC +04:00)

TQDK sədri: “150 balın dövlət sifarişinə aidiyyatı yoxdur”

“150 balın dövlət sifarişli yerlərə aidiyyatı yoxdur”. Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Komissiya sədri bildirib ki, birinci ixtisas qrupunda keçid balı 150 bala salınsa da dövlət sifarişli yerlərin buna aidiyyatı yoxdur: “Dövlət sifarişli yerlər qəbul 250 baldan aşağı olmayacaq. Bura 4146 plan yeri var. 1-ci ixtisas qrupu üzrə sənəd verən 7 mindən çox abituriyent ötən ilin məzunları olub. Bu da onu göstərir ki, insanlar arasında ali təhsil almağa maraq böyükdür”.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1420

Oxşar yazılar