(R) Azercell ABŞ Mülki Tədqiqat və İnkişaf Fondu  ilə birgə yeni ideyalara dəstək göstərir
26 iyul 2012 18:47 (UTC +04:00)

(R) Azercell ABŞ Mülki Tədqiqat və İnkişaf Fondu ilə birgə yeni ideyalara dəstək göstərir

İyulun 26-27-də Xəzər Universitetində Elm və Texnologiya Sahibkarlığı Proqramı (ETSP) çərçivəsində gənc sahibkarlar üçün seminar keçirilir. Bu proqram “Azercell Telekom” MMC, Barama Innovasiya Mərkəzi və ABŞ Mülki Tədqiqat və İnkişaf Fondu tərəfindən təşkil olunub.

Proqramın əsas məqsədi Azərbaycanda sahibkarlıq mədəniyyətini təşviq etmək, ölkədə texnologiya sahəsindəki sahibkarlığı dəstəkləməkdən ibarətdir. Layihə çərçivəsində iştirakçılar informasiya texnologiyaları, mobil texnologiyalar və yaşıl (ekolojı) texnologiyalar sahəsində özlərinin biznes ideyalarını təqdim edərək qrant qazanmaq və öz biznesini qurmaq imkanı əldə edəcəklər.

ETSP-in birinci mərhələsində 36 layihə qəbul edilib. Təqdim olunan biznes təşəbbüslərinin əksəriyyəti informasiya texnologiyaları, 9-u mobil texnologiyalar və 2-si yaşıl texnologiya sahəsinə aid olub. Xəzər Universitetində baş tutan iki günlük tədbirdə növbəti “Startup Generator” mərhələsinə vəsiqə qazanan layihələrin təqdimatı və iştirakçılar üçün seminar keçirilir. Tədbirdə ABŞ Mülki Tədqiqat və İnkişaf Fondunun nümayəndələri, həmçinin ABŞ-dan olan müstəqil ekspertlər informasiya texnologiyaları sahəsinə aid müxtəlif hesabatlarla çıxış edir, öz təcrübələrini bölüşürlər. Mütəxəssislər iştirakçılarla mütəmadi çalışaraq, layihələrin təkmilləşdirilməsində onlara dəstək olacaqlarını bildiriblər. Tədbir sonunda ən yaxşı təqdimat keçirmiş layihə iştirakçılarına hədiyyə olaraq pul mükafatları və sertifikatlar təqdim olunacaq.

Proqram çərçivəsində bütün iştirakçılar üçün bu cür seminar və təlimlərin keçirilməsi planlaşdırılır. Təlimlərin məqsədi iştirakçılara öz ideyalarının reallaşmasında yardım göstərmək, o cümlədən onların biznes strategiyası haqqında biliklərini artırmaqdır. Bu ilin dekabrında baş tutacaq yekun mərhələdə seçilmiş komandalar artıq öz təkmil biznes ideyalarını beynəlxalq hakimlərə təqdim edəcək. Qaliblərə 1 ədəd 20 min ABŞ dolları, hər biri 15 min ABŞ Dolları olmaqla 2 qrant və 1 ədəd 10 min dollar dəyərində ABŞ-a “Səyahət Qrantı” təqdim olunması nəzərdə tutulur.

Azercell Telekom MMC gənclərə öz ideyalarını reallaşdırmaq üçün daim imkanlar yaradıb. Barama İnnovasiya Mərkəzində il boyunca mütəmadi olaraq istedadlı gənclərin biznes təşəbbüsləri qəbul edilir. ABŞ Mülki Tədqiqat və İnkişaf Fondu qrantlar, texniki resurslar və təlimlər vasitəsi ilə beynəlxalq elmi və texniki əməkdaşlığa yardım etmək məqsədilə 16 il boyunca 30 –dan çox Avrasiya, Orta Şərq, Şimali Afrika, Cənubi ölkələrində texnoloji layihələrin keçirilməsində təcrübəyə malikdir. Barama və ABŞ Mülki Tədqiqat və İnkişaf Fondunun əməkdaşlığı çərçivəsində fəaliyyətə başlayan yeni Elm və Texnologiya Sahibkarlığı Proqramı isə hər kəsə cəmiyyətin tələblərini bazar imkanlarına çevirmək fürsətini bəxş edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 674

Oxşar yazılar