Neftçalada qadın iştirakçılığı məsələləri müzakirə olunub - FOTO
Lent.az-ın məlumatına görə, USAİD-in maliyyə dəstəyi ilə Kounterpart İnterneşnlın həyata keçirdiyi Qadın İştirakçılığı Proqramı tərəfindən dəstəklənən “Qadınların inkişafı naminə ictimai maraqların qorunması” layihəsi çərçivəsində rayonun Təhsil Resurs Mərkəzində “Qadınlar Arasında Həmrəylik” İB və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən “Azərbaycan cəmiyyətində qadınların aktiv sosial qrup kimi formalaşması: mövcud vəziyyət və yeni imkanların axtarışı” mövzusunda ictimai dinləmə keçirilib.
Tədbirdə Neftçala rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayon Məşğulluq Mərkəzinin rəhbərliyi, qadın bələdiyyə sədrləri və üzvləri və digər şəxslər iştirak ediblər. Tədbiri giriş sözü ilə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, “Azərbaycan cəmiyyətində qadınların aktiv sosial qrup kimi formalaşması: mövcud vəziyyət və yeni imkanların axtarışı” mövzusunda təqdimatla çıxış edib. Ə. Nuriyev qeyd edib ki, qadınların Azərbaycan cəmiyyətində daha da layiqli yer tutması, onların ictimai-siyası proseslərə daha fəal cəlb edilməsinə nail olunması üçün Komitənin tövsiyələri diqqətlə öyrənilməli və həyata keçirilməlidir.
Tədbirdə “Azərbaycan cəmiyyətində qadınların rolu” mövzusunda məruzə ilə çıxış edən Neftçala rayon icra hakimiyyəti başçısının müavini Gültəkin Sadıxova qeyd edib ki, ölkəmizdə qadın azadlığı uğrunda mübarizənin zəngin ənənələri var və bu gün də bu proses davam etməkdədir.

1293