17 min km-lik avtoekspedisiya Azərbaycandan keçdi - FOTO
“BEAUME TRANSASİYA-2012” avtoekspedisiyası həyata keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Malayziyada fəaliyyət göstərən "4x4 World Eksplorer Sdh Bdh" şirkətinin təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərindən start götürən "BEAUME TRANSASİYA-2012" avtoekspedisiyası Gürcüstan, Azərbaycan və Rusiya dövlətlərini əhatə etməklə, Çin Xalq Respublikasının Tyanjin vilayətində başa çatacaq. Əlli doqquz gün davam edəcək marşrutun ümumi uzunluğu 17 min kilometrdir.
Avtoturda 9 ölkəni - Malayziya, ABŞ, Sinqapur, Yunanıstan, Norveç, Rusiya, Özbəkistan, Qırğızıstan və Çini təmsil edən 33 nümayəndə iştirak edir.
İştirakçılar iyulun 20-də Balakən sərhəd keçid məntəqəsindən ölkəmizin ərazisinə daxil olub, marşrutun proqramına uyğun olaraq Şəki şəhərində füsunkar və təhlükəsiz bir məkanda təbiətin qoynunda çadırlar quraraq, orada gecələyiblər.
Avtoekspedisiya üzvləri Şəkinin tarixi-memarlıq abidələri ilə tanışlıqdan sonra Şəki-Qəbələ, İsmayıllı, Şamaxı-Bakı istiqamətində hərəkət edərək, marşrut üzərində yerləşən qədim tarixi və mədəni abidələri, əfsanəvi və dini məbədləri ziyarət etmiş, ölkəmizin mədəni və turizm potensialı ilə yaxından tanış olmuşlar. İştirakçılar bir gün Bakı şəhərində qaldıqdan sonra, Azərbaycandan Rusiyaya yola düşüblər.
Ekspedisiyanın həyata keçirilməsində əsas məqsəd bu turizm növünün inkişafı və Azərbaycanın mövcud turizm potensialının dünya miqyasında sistemli şəkildə təbliğini təmin etməkdir.

667