Bakıdakı “Tir” atış mərkəzləri ləğv olunacaq
25 iyul 2012 16:53 (UTC +04:00)

Bakıdakı “Tir” atış mərkəzləri ləğv olunacaq

0
Bakı şəhərində fəaliyyət göstərən keçmiş Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinə (KHVTİC) məxsus “Tir” atış mərkəzlərinin ləğvi gözlənilir. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Məlumatda bildirilib ki, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti tərəfindən bu “Tir”lərin bazasında yeni atış hazırlığı mərkəzlərinin yaradılması nəzərdə tutulur.


Vaxtı ilə KHVTİC-in təkcə Bakı şəhərində 80-dən artıq “Tir” atış mərkəzi fəaliyyət göstərib.

Qeyd edək ki, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) cari ilin iyun ayında ləğv edilib. Cəmiyyət iyulun 13-də Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi adı ilə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin tərkibinə daxil olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1591

Oxşar yazılar