İsti havada oruc tutmaq...
Hacı Şahin Həsənli: “Havaların isti keçməsi insanları oruc tutmaq vəzifəsindən azad etmir”
Zemfira Vahidova: “Günvurma ilə bağlı təcili yardıma müraciət edənlərin ilk növbədə oruc tutub-tutmadığı müəyyənləşdirilir”
“Təbabətdə də isti havalarda oruc tutmağın insan orqanizmi üçün müsbət təsiri olması haqda mülahizələr mövcuddur”.
Bu açıqlamanı APA-ya “Məşədi Dadaş” məscidinin axundu, “Mənəvi Dünya” İctimai Birliyin sədri Hacı Şahin Həsənli verib. O deyib ki, Qurani-Şərifin “Bəqərə” surəsində Ramazan ayının orucu barədə danışılır. Burada oruc tutmağın vacibliyi vurğulanır, bundan başqa, Quranda oruc tutmaqdan azad olan şəxslər haqqında insanlara müfəssəl məlumatlar çatdırılıb.
Ş. Həsənlinin sözlərinə görə, yalnız oruc tutmaq gücündə olmayan insanlar, orucu tərk edə bilərlər: “Havanın isti olması insanın boynundan oruc tutmaq hökmünü götürmür. Əksinə hədislərdə qeyd olunur ki, isti və uzun günlərin orucunun savabı daha artıqdır. Məhəmməd Peyğəmbərin (s) dilindən də buyurulub ki, orucun susuzluğu ilə qiyamət gününün susuzluğunu xatırladın. Orucun vacib buyurulduğu Məkkə və Mədinədə də havanın hərarəti çox yüksək olur. Hətta bu hərarət 60 dərəcəyə qədər qalxır. O şəraitdə oruc tutmaq hökmü müsəlmanların boynunda olubsa, havaların isti keçməsi və ya günün uzun olması oruc tutmaq vəzifəsindən insanları azad etmir”.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova isə deyib ki, oruc tutan şəxs sağlam olmalıdır: “Hər hansı ciddi xəstəliyi olan insanların oruc tutması məsləhət deyil. Bu, onların səhhətində ciddi problemlərin yaranmasına səbəb ola bilər”.
O bildirib ki, günvurma ilə bağlı təcili yardıma müraciət edənlərin ilk növbədə oruc tutub-tutmadığı müəyyənləşdirilir: “Çünki belə xəstələr dərman qəbul etməkdən imtina edirlər. Ramazan ayı başladıqdan sonra stansiyamıza günvurma diaqnozu ilə 6 nəfər müraciət edib. Onlar arasında oruc tutan olmayıb”.

1211