Yeni Zooloji Parkın master konsepsiyası və layihə-dizayn sənədləri hazırlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Zooloji Parkın yaradılması haqqında” Azərbaycan Respublikası prezidentinin 26 dekabr 2008-ci il tarixli 109 nömrəli sərəncamının icrasını həyata keçirilir. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumatda deyilir ki, Zooloji Parkın dizayn, tikinti və inkişaf planı layihəsinin hazırlanması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən beynəlxalq tender keçirilib və tenderin qalibi olan “Ekodenge Engineering and Consultancy Ltd” şirkəti ilə müqavilə imzalanıb.
Artıq 2010-cu ilin iyun ayından etibarən şirkətin mütəxəssisləri müvafiq çalışmalara start veriblər. Yeni Zooloji Parkın layihə-dizayn işlərinin aparılmasına şirkət tərəfindən son illər dünyanın bir sıra ölkələrində (Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Sinqapur) yaradılan yeni Zooloji Parkların layihəsinin hazırlanmasında çalışan hollandiyalı, yeni zellandiyalı, sinqapurlu mütəxəssislər cəlb olunublar.
İlk öncə Zooloji Parkın yerləşdirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 aprel 2010-cu il tarixli 93s nömrəli sərəncamına müvafiq olaraq Abşeron rayonu Qobu bələdiyyəsinin torpaqlarından dövlət mülkiyyətinə qaytarılan 55 hektar torpaq sahəsi daimi istifadə hüququnda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ayrılıb.
Lakin həmin dövrdə qrunt üzərində aparılmış geoloji, mikrobioloji və kimyəvi tədqiqat işləri nəticəsində ərazinin təbii şəraitinin Zooloji Parkın yaradılması üçün qənaətbəxş olmadığı barədə nəticəyə gəlməyə əsas verib, Qobu ərazisinin torpaq örtüyünün səhra və yarımsəhra tipinə uyğun olması, torpağın şorluq miqdarının normadan dəfələrlə yüksək olması, tərkibində kobalt və ftor elementlərinə təsadüf olunması, yaxınlıqda tələb olunan su mənbəyinin olmaması ərazidə normal bitki örtüyünün formalaşdırılmasını başlanğıcdan sual altında qoyub. Bu ərazidə Zooloji Parkın yaradılmasının çox böyük risk, izafi maliyyə vəsaiti və daha çox müddət tələb etməsi səbəbindən 2011-ci ilin avqust ayında Zooloji Park üçün yeni ərazinin ayrılması Nazirlər Kabineti qarşısında qaldırılıb. Həmin vaxt layihəçi şirkət tərəfindən artıq layihə-dizayn işlərinin müəyyən hissəsinin hazırlanmasına baxmayaraq, müsbət nəticə əldə olunması üçün əlavə xərc çəkilmədən yeni ərazinin xüsusiyyətlərinə uyğun layihə sənədlərinin hazırlanacağı bildirilib.
Bununla bağlı Zooloji Parkın yerləşdirilməsi üçün Qaradağ rayonu ərazisindən müvafiq sahə təklif olunub, layihəçi şirkət ərazidə apardığı tədqiqat işləri nəticəsində torpaq örtüyünün şorluq miqdarının normadan yüksək olduğunu, sürüşmələrə meylliliyini, zəruri infrastruktura malik olmamasını səbəb gətirərək bu ərazinin zooloji park yaradılması üçün uyğun olmadığı barədə qəti rəy bildirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz idarəçiliyində olan Abşeron Regional Meşə Tingliyi Müəssisəsinin ərazisindən analoji ölçülərə (55 hektar) uyğun hissəsinin Zooloji Park üçün ayrılmasını hökumətə təklif edib. Mütəxəssislərin rəyinə əsasən, Bakı şəhərindən 28 km məsafədə yerləşən əlverişli coğrafi mövqe və infrastruktura (su, qaz, işıq xətlərinin olması, sərhədlərinin təqribən 50 metrliyindən dəmir yol xəttinin keçməsi, torpaqlarının yüksək keyfiyyəti və s.) malik olan ərazi Zooloji Park yaradılması tələblərinə tam cavab verir. Ceyranbatan gölündən 30 metr daha aşağı səviyyədə yerləşən və sanitar məsafəsi gözlənilən bu ərazinin istifadəsi müvafiq nazirliklərlə də razılaşdırılaraq Nazirlər Kabinetinin 7 mart 2012-ci il tarixli 56s nömrəli sərəncamı ilə Zooloji Park üçün ayrılıb.
Zooloji Parkın layihələndirilməsi zamanı Qumyataq gölünə cüzi miqdarda belə tullantının axıdılması nəzərdə tutulmayıb.
Həmçinin, qeyd olunduğu kimi, gölün dəniz səviyyəsindən yüksəkliyinin 0 metr olması (xatırladırıq ki, Ceyranbatan gölünün dəniz səviyyəsindən hündürlüyü 30 metrədəkdir) buradan geriyə – Ceyranbatan gölünə təsirini qeyri-mümkün edir.
Layihəçi şirkət yeni ərazinin xüsusiyyətlərinə uyğun olaraq fəaliyyətini təşkil edib və artıq Ceyranbatan qəsəbəsində fəaliyyət göstərəcək yeni Zooloji Parkın master konsepsiyası və layihə-dizayn sənədləri hazırlanıb.
Zooloji Parkın təşkili konsepsiyasını və layihə-smeta sənədlərini hazırlayan mütəxəssislər tərəfindən irəli sürülən təklifə əsasən yeni Zooloji Parkın tikintisinin 3 mərhələdə aparılması planlaşdırılıb.
Jalə

1292