“Təmiz Şəhər” hamını “Yaşıl Düşüncə”yə səsləyir – FOTO
“Təmiz Şəhər” ASC maarifləndirmə aksiyası - “Sabahı düşün!” şüarı altında internet istifadəçilər üçün hazırladığı fleşmobu (iMobu) ictimaiyyətə təqdim edib. Cəmiyyətdən Lent.az-a verilən məlumata görə, aksiyanın keçirilməsində və internet rolikin hazırlanmasında əsas məqsəd gənclər arasında “yaşıl düşüncə” tərzinin formalaşdırılması, onlara ətraf mühitin mühafizəsinə daha məsuliyyətli yanaşmağın aşılanması və tullantıların düzgün idarəolunmasında gənclərin fəal iştirakını təmin etməkdir.
“Sabahı düşün!” şüarı altında keçirilən aksiyada tullantıların ətraf mühitə, təbiətə mənfi təsirləri barədə məlumat verilib, tullantıların düzgün idarəedilməsinin əhəmiyyəti vurğulanıb. Fleşmob “Yaşıl düşüncə” tərzinin formalaşdırılması və gənclərin ətraf mühitin mühafizəsi sahəsində fəal iştirakını təmin etmək məqsədilə keçirilib.

1103