Daha 4 almaniyalı tələbə Azərbaycana gəldi
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə Almaniyanın Eberhard Karls adına Tübingen Universiteti arasında imzalanmış əməkdaşlıq memoranduma uyğun olaraq daha 4 almaniyalı tələbə təhqiqat aparmaq üçün Azərbaycana gəlib. Bu barədə Lent.az-a BAMF-ın sədri Umud Rəhimoğlu məlumat verib.
Onun sözlərinə görə, Judit Bert, Damla Zeynəb Mələk, Annalena Kampermann və Nadia Rebekka Laza 4 ay ölkəmizdə qalacaqlar. U.Rəhimoğlu tələbələrin fəaliyyəti üçün bütün zəruri şərait yaradılacağını da qeyd edib: “Biz sözügedən universitetlə imzaladığımız memorandumun müddəalarına uyğun olaraq tələbələrin yerləşmələri, təcrübə keçmələri və Azərbaycanla yaxından tanış olmaları üçün lazımı şəraiti yaradırıq. Onlar əsasən müstəqillik qazanmış ölkələrin, xüsusən də keçmiş Sovet ölkələrinin sosial və mədəniyyət sahəsində inkişafı ilə dərindən maraqlanırlar. Almaniyalı gənclər Azərbaycan - Ermənistan Dağlıq Qarabağ problemini, bu problemin Azərbaycan mədəniyyətinə təsirini araşdıracaq, öz torpaqlarından qaçqın düşən və məcburi köçkün olan insanların ailələrində olacaq, onların həyat şəraiti ilə maraqlanacaqlar. Düşünürəm ki, almaniyalı tələbələrin ölkəmizdə təcrübə keçmələri Azərbaycan həqiqətlərini olduğu kimi dünya ictimaiyyətinə çatdırmaq baxımından da çox əhəmiyyətlidir. Yeri gəlmişkən deyim ki, bu universitetdən ilk tələbə - Maria Hanke 2011-ci ilin yanvar ayının 15-dən aprelin 2-dək BAMF-da təcrübə keçib”.
Nəzərdə tutulan bu 4 ay ərzində tələbələr Bakıda və regionlarda Azərbaycan xalqının sosial həyatı və mədəniyyəti ilə bağlı araşdırmalar aparacaq, sonda müşahidələri barədə həm BAMF-a, həm də təhsil aldıqları universitetə hesabat təqdim edəcəklər. Eyni zamanda onlar bir ay Bakı Slavyan Universitetində Azərbaycan və rus dillərini öyrənəcəklər. Almaniyalı gənclər BAMF-ın fəaliyyəti ilə də yaxından tanış olacaq, konfliktlərin, qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli sahəsində görülən işlər barədə məlumat əldə edə biləcək, layihələrin hazırlanması və idarə olunması, ofis işinin təşkili və digər məsələlər üzrə təcrübə keçəcəklər.
Xatırladaq ki, tələbə-gənclərin, xüsusilə əcnəbi tələbələrin BAMF-da təcrübə kecmələri və müxtəlif layihələrdə könüllü kimi çalışmaları uzun illərdir ki, ənənə şəklini alıb. İndiyədək Amerikadan, İspaniyadan, Fransadan, Almaniyadan, Pakistandan, Çindən, İraqdan, Rusiyadan, Özbəkistandan və digər ölkələrdən onlarla gənc bu təşkilatda təcrübədə olub, müxtəlif bacarıq və vərdişlərə yiyələniblər. 2003-cü ildən isə BAMF Bakı Slavyan Universitetinin tələbələri üçün istehsalat təcrübəsi bazası rolunu oynayır.

505