Müəllimlərin dövlət qulluqçusu olması ilə bağlı sənəd avqust ayında hazır ola bilər
Lent.az-ın məlumatına görə, bu sözləri yap.org.az saytına Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı Abel Məhərrəmov deyib.
O bildirib ki, təhsil sahəsində növbəti uğurlu addım müəllimlərin dövlət qulluğunun xüsusi növünə aid edilməsi olacaq. Onun sözlərinə görə, təhsil işçilərinin dövlət qulluğunun xüsusi növünə aid edilməsi müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına şərait yaradacaq: “Müəllimlərə xüsusi dövlət qulluqçusu statusunun verilməsi gənclərdə pedaqoji sahədə işləmək üçün də yeni stimul yaradacaq. Hazırda Azərbaycanda müəllimlərə xüsusi dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı müvafiq normativ-hüquqi akt hazırlanır. Bu sənədin avqustun sonuna hazır olması gözlənilir”.

668