BAMF-ın departament rəhbəri ABŞ-da və Tacikistanda olub
13 iyun 2011 13:17 (UTC +04:00)

BAMF-ın departament rəhbəri ABŞ-da və Tacikistanda olub

Beynəlxalq Avrasiya Mətbuat Fondunun beynəlxalq əlaqələr və proqramlar departamentinin rəhbəri Nik Nvolisa 2 beynəlxalq tədbirdən qayıdıb. Əvvəlcə o, ABŞ-da, BMT-nin Nyu-Yorkda yerləşən baş qərargahında olub. Bu barədə Lent.az-a N.Novolisa özü məlumat verib. O, burada BMT-nin İqtisadi Sosial Şurasının (ECOSOC) toplantısında iştirak etdiyini deyib: “Beynəlxalq Avrasiya Mətbuat Fondu 2007-ci ildən BMT-nin İqtisadi Sosial Şurasının (ECOSOC) məşvərətçi səs hüquqlu üzvüdür. Biz daima bu mötəbər təşkilatın təbirlərində yaxından iştirak edirik. Bu dəfə ECOSOC-un Qeyri-Hökumət Təşkilatları üzrə komissiyasının növbəti sessiyası keçirilirdi. Mən həmin tədbirdə iştirak etdim. Yeri gəlmişkən qeyd edim ki, bu qurumun 19 üzvü var və son 4 ildə komissiyaya Türkiyə nümayəndəliyi rəhbərlik edib. Sessiyada bir çox məsələlər müzakirə olundu, o cümlədən ECOSOC-a üzv olmaq istəyən xeyli ölkənin Qeyri-Hökumət Təşkilatlarının ərizələrinə baxıldı, məsləhətləşmələr aparıldı. Bir neçə Qeyri-Hökumət Təşkilatı ECOSOC-un müxtəlif statuslu üzvlüyünə qəbul olundular. Eyni zamanda, bir müddət əvvəl təşkilatımızın fəaliyyəti ilə bağlı 4 illik hesabatımızı ECOSOC-a təqdim etmişdik. Səfər zamanı həmin hesabatı da müzakirə etdik. Biz gördüyümüz işlərlə bağlı mütəmadi olaraq sözügedən quruma məlumat veririk. Onu da qeyd edim ki, bizim təşkilat BMT-nin Azərbaycandakı müxtəlif qurumları ilə - UNHCR, UN DPİ, UNESCO, UNDP, UNDAF, o cümlədən Dünya Bankı ilə birgə layihələr həyata keçirir, əməkdaşlıq edir”.

N.Nvolisa BAMF-ın 2009-cu ildə BMT - nin Azərbaycan üzrə agentliklərinin 2015-ci ilə kimi fəaliyyəti proqramının hazırlayan birgə işçi qrupunda fəaliyyət göstərməsini, bir neçə təkliflərlə çıxış etdiyini də xatırladıb. ABŞ səfərinin ardınca o, Tacikistanın paytaxtı Düşənbədə əlillərlə bağlı keçirilən “Əlillərə dəstək” regional seminarında iştirak edib. Seminarda “Handicap İnternational” ın Lion, Cenevrə və yerli ofisləri, “Beynəlxalq Qırmızı Xaç Komitəsi”, “İnternational Committee to Ban landmines”, BMT - nin agentlikləri və donor təşkilatlar iştirak edib. Seminar zamanı əlillərə şamil olunmuş beynəlxalq hüquq və sazişlərə, həmçinin onlara aid ən yaxşı təcrübələrə həsr olunmuş təqdimatlar keçirilmişdir.

BAMF-ın əlillərə verdiyi dəstəklə bağlı N.Novlisa tədbirdə təqdimat keçirib. O, Fondun ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə 2009-cu ildən həyata keçirilməyə başladığı “Azərbaycanın Tərtər regionunda mina qurbanları və müharibədən zərər çəkmiş insanlar üçün peşə təlimi mərkəzinin (PTM) yaradılması” layihəsi çərçivəsində görülən işlər, əlillərə mikrokreditlərin verilməsi və digər fəaliyyəti ilə bağlı ətraflı çıxış edib. N.Nvolisa sözügedən layihə çərçivəsində PTM-də bu günə qədər 80 nəfərə treninq keçirildiyini, həmçinin BAMF-ın təsis etdiyi Bank olmayan “Avrasiya Kredit” MMC-nin fəaliyyətindən 1500 mina qurbanının faydalandığını qeyd etmişdir. Həmsöhbətimiz seminarda BAMF-ın ABŞ Dövlət Departamentinin Özəl Tərəfdaşlıq Proqramının üzvü olduğunu, təmsil etdiyi təşkilatın Hərbi – Siyasi əlaqələr Bürosunun və Silahların ləğv edilməsi bölməsinin dəstəyi ilə həyata keçirilən layihələrdən də söz açmışdır.

Onun təqdimatı seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1054

Oxşar yazılar