“Vokruq Sveta” jurnalında Şəki mətbəxindən yazılıb
Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən Lent.az-a verilən məlumata görə, materialda oxucular Şəkinin özünəməxsus mətbəxi və Azərbaycanın zəngin mətbəx mədəniyyəti ilə tanış olublar.
Məqalədə Şəki paxlavası, Şəki külçəsi, plov, kükü, piti kimi yemək və şirniyyatlar, habelə, Şəkinin şərabçılıq ənənələri haqda geniş məlumat verilib və onların hazırlanma qaydaları göstərilib. Azərbaycanın rəngarəng mətbəx mədəniyyətinin xüsusi tərzdə dünya oxucularının nəzərinə çatdırılması Azərbaycan turizminin inkişafı üçün geniş perspektivlər vəd edir.
“Vokruq Sveta” jurnalında nəşr olunmuş material Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hazırlanıb. Ötən ilin iyulunda Nazirlik tərəfindən qeyd edilən nəşriyyatın 2 əməkdaşının ölkəmizə səfəri təşkil edilib.
Xatırladaq ki, 2010-cu ildə “Azərbaycanı kəşf edək. Bələdçi kitablar” layihəsi çərçivəsində “Vokruq Sveta” nəşriyyatı tərəfindən Azərbaycan haqda nəfis tərtibatlı bələdçi-kataloq nəşr olunub.
Xəyalə

Oxşar yazılar

İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09