Qaranlıq dünyanın işıqlı adamının inanılmaz həyatı - REPORTAJ
Onun insanları heyrətə gətirən istedad və qabiliyyətləri barədə eşidəndə, düzü, o qədər də inanmamışdım. Həm də, onun bu bacarıqları məni o qədər də təəccübləndirməmişdi - gözdən əlil insanların fiziki sağlamlarla müqayisədə bəzi xüsusi vərdişlərə, hiss və qabiliyyətlərə sahib olduğunu çoxdan eşitmişdim. Amma işıqlı dünyaya həsrət 49 yaşlı Rəfailin hətta evlərə elektrik xətti çəkdiyini eşidəndə çox heyrətləndim...
Bərdəyə – onun yaşadığı Çələbilər kəndinə səfərdən sonra həyat işığından məhrum olan Rəfailin xüsusi istedadının özüm də şahidi oldum. Onunla xırda alverlə məşğul olduğu mağazada, köhnə, soyuq və iki otaqdan ibarət birmərtəbəli binada görüşdük. Sınıq-salxaq qapısı açıq olan darısqal köşkün qarşısındaca dayanıb, həmkəndliləri ilə söhbət edirdi. Təbii ki, gəlişimizdən xəbəri var idi. Hal-əhval tutduqdan sonra bizi təxminən 10 metr aralıda yerləşən evlərinə dəvət edir. Amma söhbəti elə mağazadan başlamaq istəyimizlə razılaşır.
Qohum nikah əlillik gətirdi
Elə ilk baxışdaca Rəfail görmə qüsuru olmayan insanlara xas hərəkətləri ilə diqqəti çəkir: heç kimin köməyi olmadan mağaza ilə iç-içə otağa keçir, üzü örtüksüz dəmir masanın arxasındakı oturacaqların birində əyləşir. Bizə isə dəmir masanın o biri tərəfində, onunla üzbəüz oturacaqda əyləşməyi təklif edir. Əvvəlcə gözlərinin görmə qabiliyyətinə malik olmamasının səbəbini söyləyir. Deyir ki, valideynləri əmioğlu-əmiqızı olduğundan onların dünyaya gətirdiyi 6 övladdan 4-ü anadangəlmə qüsurludur. Rəfailin özü və fiziki sağlam iki bacısı ailə qurub. Digər iki bacısı və bir qardaşı isə həm də əqli qüsurludur. Hazırda o da əqli qüsurlu qardaşı və bacıları ilə birgə valideynlərinin himayəsində yaşayır.
Rəfail Həsənov 1962-ci ilin sentyabrında Bərdə rayonunun Çələbilər kəndində işıqlı dünyaya göz açıb. Anadangəlmə görmə qabiliyyəti məhdud olan Rəfail böyüdükcə görmə qabiliyyətini tamamilə itirməyə başlayıb. Amma IV sinfə qədər özü doğulub boya-başa çatdığı Çələbilər kəndində sərbəst şəkildə məktəbə gedib-gəlib. IV sinfi bitirdikdən sonra onların dərsi ikinci növbəyə keçirilib. Bundan sonra Rəfailin təhsilini davam etdirməsi müşkülə çevrilib: “İkinci növbənin dərsləri gec qurtardığından evə axşam qaranlıqda gəlməli olurduq. Ona görə də gördüm ki, qaranlıqda gedib-gəlmək mümkün olmayacaq, məktəbi tərgitdim”.
Təxminən 15-16 yaşlarından Rəfailin gözləri görmə qabiliyyətini tamamilə itirib. Elə o vaxtdan da ikinci qrup əlillik statusu alıb: “Hərbi xidmətə çağırış vaxtı dedilər ki, mütləq Biləcəridə müayinədən keçməliyəm. Getdim, yoxlanışdan sonra mənə xəstəlik kağız verdilər, dedilər ki, sən pensiya almalısan”.
Rəfail dünya işığına həsrət qalsa da, çoxlarının bacarmadığı xüsusi qabiliyyətlərə malikdir. Hazırda kənddə kiçik mağazasında xırda alverlə məşğuldur. Özü hər şeyi tanıyır, pul sayır, müştəriləri heç kimin köməyi olmadan yola salır. Hətta kimsə zarafatyana mağazadan nəyisə “oğurlayırsa”, onu da dərhal hiss edir. “Bir-iki dəfə olub ki, balaca uşaqlar məni aldatmaq istəyiblər. Elə bilirlər ki, gözüm görmədiyindən xəbərim olmayacaq, “bakuş”dan-zaddan bir şey götürüblər. Amma o dəqiqə bilmişəm ki, o uşaq nə isə bir şey götürdü. Dərhal valideyninə deyirəm, məlum olur ki, mənim dediyim düz çıxır” deyir.
Müsahibimizin söyləyir ki, onu nəinki mal götürməkdə, heç pul saymaqda da aldatmaq mümkün deyil. Hətta pulu elə cəld sayır ki, gözü görən adam kağız əsginasları təkrar saymağa məcbur olur: “Qəpikləri saymaq, dəmir pulların neçə qəpik olduğunu bilmək çətin deyil. Kağız pullar isə təzə çıxanda bir az çətinlik yaradırdı, gərək əlimi sürtəydim ki, neçə manatdır. Amma indi öyrəşmişəm, heç kəs məni aldada bilməz”.
Görmədiyi halda avtomobil motoru yığır...
Onu fiziki sağlam insanlardan fərqləndirən bir xüsusiyyət isə güclü hissiyyata malik olmasıdır. Deyir ki, məhz hissetmə qabiliyyətinin gücü sayəsində minik avtomobilinin motorunu, karbüratorunu özü söküb yığır. Rəfailin bu qabiliyyətini həmkəndliləri də təsdiqləyir. Həmkəndliləri söyləyir ki, Rəfail öz avtomobilinin motorunu onların gözlərinin qabağında yığıb. Hətta qonşular da avtomobillərində hansısa texniki nasazlıq olanda Rəfailə müraciət edirlər. Rəfail özü isə bu qabiliyyəti uşaqlıqdan texnikaya çox həvəs göstərməsi ilə əlaqələndirir.
...Elektrik xətti çəkir
Rəfailin ən heyrətamiz qabiliyyətlərinin biri isə görmə qabiliyyətinə malik insanların çoxunun bacarmadığı və hətta təhlükəli hesab edilən elektrik naqilləri ilə davranış bacarığıdır. Belə ki, Rəfail mənzillərindəki elektrik xətlərinin hamısını özü çəkib. Üstəlik, qonşular da mənzillərinə gələn elektrik xətlərində nasazlıq yaranan zaman ona müraciət edirlər. Dediyinə görə, kənddə ilk telefon da onlarda olub. O zaman kənddəki ATS-dən evlərinə qədər telefon xəttini də o özü çəkib.
Bir müddət əvvəl isə Rəfail kənddə radio, maqnitofon və digər məişət cihazlarının təmiri ilə məşğul olub. Qonşuları söyləyir ki, onlar xarab olmuş radio və maqnitofonlarını düzəltdirmək üçün başqa təmir ustasına müraciət etməyə ehtiyac duymayıblar. Lazım olanda Rəfail radio və maqnitofonları hətta mikrosxemlərinə qədər söküb, onu yenidən işlək vəziyyətə gətirə bilir.
“Kiminsə köməyi ilə hərəkət eləməyi şəxsiyyətimə sığışdırmadım”
“Allahın verdiyinə çox şükür, əlimdən hər bir iş gəlir. Uşaqlıqdan texnika ilə maraqlanmışam. Vaxtilə qarmon ifaçısı olmuşam, 15-16 yaşlarımda kənddə “xınayaxdı”, “parça” (bu bölgədə qız toyunu belə adlandırırlar – E.S.) məclislərinin əksəriyyətini mən aparırdım. O vaxt indiki aparatura yox idi, xırda məclisləri ancaq qarmon və nağara ilə keçirirdilər. Elə il olurdu ki, 100-ə yaxın nişan, kiçik məclislər, hətta bir neçə toy məclisləri aparmışam. Sonra gördüm ki, alınmır, məclislərdə kiminsə köməyi ilə hərəkət eləyirdim, camaatın içində kimsə qoluma girib məni lazım olan yerlərə aparırdılar. Ona görə şəxsiyyətimə sığışdırmadım, tərgitdim qarmonla məclislərə getməyi” – deyə, müsahibimiz soyuqdan göyərmiş əl barmaqlarının sədəfin sanki qopartmaq istəyirmiş kimi ovcunun içərisində oynadır.
Övladlara ustad dərsi
Söhbətin ikinci hissəsini Rəfailin də valideynləri ilə birgə yaşadığı evdə davam etdiririk. Anası Xəyalə xala, atası Həsən dayı da söhbətə qoşulsun deyə. Anası deyir ki, Rəfail uşaqlıqdan çox həssas və zehinli uşaq olduğundan özünü bir neçə sənətdə sınayıb. Bunların içərisində ən rahatı və nisbətən gəlir gətirə biləni isə qarmon ifaçılığı olub. Elə buna görə də tay-tuşları, yaxınları bu sənəti davam etdirməsi üçün onu çox dilə tutublar. Ancaq Rəfail 20 yaşa çatdıqdan sonra bir baha məclis aparmamaq qərarının üzərində dayanıb. Əvəzində qarmonun sirlərini böyük oğlu Rəsula öyrədib. Artıq 15 yaşlı Rəsul nəinki sərbəst şəkildə bütün havaları qarmonda ifa edir, Bərdədə 5 illik Musiqi Məktəbini də bitirib. 10 yaşlı Murad isə nağara çalır.
Hər iki gözündən əlil Rəfail sağlam insanların bacarmadığı, görə bilmədiyi işləri görən də Allaha min dəfə şükür eləyir: “Elə gözlü adamlar var ki, deyirəm Allah, sənin iki sağlam göz verdiyin bu insanlar niyə bunu görmür, bilmir?! Mənim iki gözüm kordu, amma elə bilirəm belələrinin dörd gözü kordur”.
Rəfailin xüsusi istedad və bacarığına təəccüblənələr ondan tez-tez niyə gözlərini açdırmaq üçün həkimə müraciət etmədiyini soruşurlar. O isə çox vaxt buna əhəmiyyət vermir, yeri gələndə isə gözü görən insanlardan daha artığına nail olduğunu sübut etməyə çalışıb: “Mənə deyirlər ki, işıqlıq yaxşı şeydir, sən də həkimə getsən, bəlkə gözlərin görər. Amma mən indi buna o qədər də ehtiyac hiss eləmirəm. Birincisi, bu cür həyata artıq öyrəşmişəm. İkincisi, uşaqlarım var, qızım texnikumda oxuyur, artıq köçürmüşəm, oğlanlarımı isə peşəyə öyrədirəm. Allaha şükür eləyirəm ki, bunların hamısını özüm eləmişəm. Allah qoysa, oğlanlarım ikisi də sənəti dərindən biləndən sonra öz başlarını saxlaya biləcək”.
...Sağollaşıb ayrılırıq. Yada saldığımıza, maraqlandığımıza görə minnətdarlıq eləyir. Bir qədər qayğılı səslə artıq yaşlaşmış valideynlərindən sonra əqli qüsurlu qardaş və bacılarının taleyindən nigaranlığını ifadə edir. “Mənə nə var ey, özüm-özümü idarə eləyirəm, çətinliyimiz onlardır” - deyir.
İşıqlı dünyanı olduğu kimi görüb qaranlıqları işıqlığa çıxara bilmək arzusu ilə.
Elxan SALAHOV
Bakı-Bərdə-Bakı

859