“28 May” stansiyasında sərnişin qatar yoluna düşüb  öldü - YENİLƏNİB
21 aprel 2026 21:13 (UTC +04:00)

“28 May” stansiyasında sərnişin qatar yoluna düşüb öldü - YENİLƏNİB

0

21.04.2026-cı il tarixində saat 20:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, “28 May” metrostansiyasından  çağırış daxil olub.

Bu barədə Lent.az-a TƏBİB-in mətbuat xidmətindən məlumat verilib.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 2004-cü il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

***

20:49

Bu gün saat 20:20 radələrində “28 May” stansiyasında sərnişin qatar yoluna düşüb.

Bu barədə Lent.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Məlumata görə, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.

İlkin məlumata əsasən, həkimlərin səyinə baxmayaraq, sərnişinin həyatını xilas etmək olmayıb.

Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və "Nərimanov" stansiyasından elektrik deposuna göndərilib.

Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 700

Oxşar yazılar