21 min manat  aliment borcu yığıldı, həbs olundu
21 aprel 2026 17:48 (UTC +04:00)

21 min manat aliment borcu yığıldı, həbs olundu

1

Xaçmazda külli miqdarda aliment borcu yığılan ata həbs olunub.

Lent.az-ın məlumatına görə, 2019-cu ildən 2025-ci ilədək 21 min manatdan çox aliment borcunu ödəməyən 39 yaşlı rayon sakini Əliqulu Qədimov (ad və soyad şərtidir) barəsində cinayət işi açılıb.

İttiham aktına görə, Əliqulu Qədimov 2019-cu ildə həyat yoldaşından boşanıb. Dörd uşaq atası olan Əliquluya məhkəmə qərarı ilə həmin ildən etibarən hər uşağa 80 manat olmaqla aylıq 320 manat aliment borcu ödəmək tapşırılıb. Lakin təqsirləndirilən şəxs qeyd olunan məbləği keçmiş arvadına ödəməyib. Nəticədə borc yığılaraq 21 min 10 manat təşkil edib. Əliqulunun keçmiş arvadının məhkəməyə müraciəti əsasında onun barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs bildirib ki, psixi xəstəliyi ilə əlaqədar qeydiyyatdadır və heç yerdə işləmir. Əgər həbs olunmasa, aliment borcunu ödəyə bilər. Lakin hətta dəfələrlə həbs olunsa belə bu borcu ödəməyəcək.

Zərərçəkən qadın bildirib ki, 2023-cü ildə keçmiş əri aliment borcunu ödəmədiyi üçün 10 günlük inzibati qaydada həbs olunub. Hazırda maddi durumu ağır olduğu üçün 21 min 10 manat pulu tam şəkildə tələb edir. Əgər Əliqulu bu pulu verə bilməyəcəksə, məhkəmədən onun barəsində qanuni tədbir görülməsini xahiş edir.

Məhkəmənin qərarı ilə Əliqulu Qədimov 1 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 394

Oxşar yazılar