Bakıda müəllimləri qorxuya salan  məktəbli SAXLANILDI - YENİLƏNİB
21 aprel 2026 17:00 (UTC +04:00)

Bakıda müəllimləri qorxuya salan məktəbli SAXLANILDI - YENİLƏNİB

0

Aprelin 18-də sosial şəbəkələrdə 87 saylı tam orta ümumtəhsil məktəbi ilə bağlı təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məzmunlu paylaşımlar yayılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, məsələ dərhal nəzarətə götürülərək yayılan iddialar tam və hərtərəfli yoxlanılıb və iddiaların əsassız olduğu müəyyən edilib.

Davam etdirilən tədbirlərlə paylaşımı edən həmin məktəbdə təhsil alan 15 yaşlı yeniyetmə saxlanılıb.
 
Qanunvericiliyə uyğun olaraq onun valideynləri polis idarəsinə dəvət edilib, onlarla profilaktik iş aparılıb. Məktəbli ilə bağlı materiallar aidiyyəti üzrə icra hakimiyyəti yanında fəaliyyət göstərən müvafiq komissiyaya göndərilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

***

16:19

Aprelin 18-də axşam saatlarında sosial şəbəkə səhifələrində 87 nömrəli tam orta ümumtəhsil məktəbi barədə təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məlumatlar yayılıb.

Lent.az "Azərbaycan müəllimi"nə istinadla xəbər verir ki, bu barədə hüquq mühafizə orqanlarına məlumat verilib.

Bu səbəbdən 20 və 21 aprel 2026-cı il tarixlərində davamiyyət qismən aşağı düşsə də, məktəbdə tədris prosesi davam edir. 

Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin və təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılır. Valideynlər və şagirdlərlə müvafiq dəstəkləyici söhbətlər aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1132

Oxşar yazılar