50 il əvvəl birinci olan mahnı  yenidən ZİRVƏDƏ
21 aprel 2026 18:03 (UTC +04:00)

50 il əvvəl birinci olan mahnı yenidən ZİRVƏDƏ

0

“Fleetwood Mac” qrupunun 1977-ci ildə səsləndirdiyi və cəmi iki akkord üzərində qurulan "Dreams" hiti, heyrətamiz sadəliyi ilə yenidən diqqət mərkəzinə düşüb.

Lent.az xarici mediya istinadla xəbər verir ki, musiqi prodüseri və pedaqoqu Rik Beato bu sinqlı "bütün zamanların ən böyük mahnısı" adlandırıb. Beato məhz sadəliyin bu mahnını belə güclü etdiyini vurğulayıb.

Beatonun seçimi bəzən ən sadə mahnıları ifa etməyin ən çətin olduğunu ortaya qoyur. Prodüser qeyd edir ki, cəmi iki akkorddan ibarət bir neçə hit olsa da, "Dreams" minimal strukturuna rəğmən çox bütöv bir əsər təsiri bağışlayır. Onun sözlərinə görə, bu mahnıların mükəmməl səslənmə səbəbi bəndlərinin və xüsusilə nəqarətlərinin çox güclü olmasıdır.

"Dreams" vaxtilə qrupun ABŞ-ın “Billboard Hot 100” siyahısında birinci yeri tutan yeganə hiti olub və Rollinq Stonun "Bütün zamanların 500 ən böyük mahnısı" siyahısında 9-cu yerdə qərarlaşıb. Stivi Niks bu əsəri qrup daxilindəki emosional gərginliklər və ayrılıqlar dövründə, cəmi 10 dəqiqəyə yazıb.

Mahnının təmkinli səslənməsi, sabit baraban ritmi və "havalı" instrumental müşayiəti ona xüsusi müəmmalı ab-hava qatır və Niksin vokalını ön plana çıxarır. Bu təsir illər keçsə də zəifləməyib.

2020-ci ildə viral olan bir video mahnını yenidən Billboard çartlarına qaytararaq onu yeni nəsilə tanıdıb. Onun uzunömürlülüyü təsadüfi deyil; emosional aydınlıq və musiqi təmkinliliyi "Dreams"i zamansız bir klassikaya çevirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 342

Oxşar yazılar