“Ədalət carçısı” qəzetinin “reket” sayılması tövsiyə olunub
Bu gün Mətbuat Şurası “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının iclası keçirilib. Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin başçılıq etdiyi komissiyanın üzvləri 9 mətbu nəşrlə bağlı məsələləri araşdırıblar.
Öncə Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının 11 mart tarixli iclasının tövsiyəsinə uyğun olaraq, 3 qəzet barədə müzakirələr aparılıb. Komissiya “Ədalət carçısı” qəzetindən şikayət doğuran materialları araşdırarkən belə qənaətə gəlib ki, bu mətbu nəşrin fəaliyyətində “reket jurnalistika”ya xas cəhətlər üstünlük təşkil edir. Qəzetin yalnız 17 mart tarixli sayında gedən ondan çox məqalə müzakirə predmetinə çevrilə bilər. Buna görə də həmin kütləvi informasiya vasitəsinin adının Mətbuat Şurasının “qara siyahı”sına salınması üçün Şuranın İdarə Heyətinə müvafiq rəy təqdim olunmalıdır.
Komissiya yekdilliklə rəyə gəlib ki, “Cəmiyyət” qəzetində etik prinsiplərə sayğısızlıq və digər məqamlar əsas götürülərək bu KİV-ə Şuranın ciddi xəbərdarlığı edilməli, nəşrin üç aylıq saylarının monitorinqi aparılmalıdır. Bununla da qəzetin adının Mətbuat Şurasının “qara siyahı”sına salınmasına nə dərəcədə əsasların olduğu müəyyənləşdirilməlidir. Digər rəydə isə toplanmış materialların “Azərbaycan gündəmi” qəzetinə Şuranın xəbərdarlığının edilməsi üçün kifayət qədər əsasların mövcud olduğu fikri yer alıb.
İclasda Tovuz Rayon Təhsil Şöbəsinin “Təhqiqatın gücü” qəzeti ilə əlaqədar müraciətinə baxılarkən məsələnin motivində inzibati orqanların araşdırmalı olduğu məqamların üstünlüyü nəzərə alınıb. Komissiya toplanmış materialların inzibati orqanlara göndərilməsi razılığına gəlib. İclasda həmçinin “Ədalət məşəli” və “Yeni hakimiyyət” qəzetləri ilə bağlı araşdırmaların davam etdirilməsi də məqbul sayılıb.
Komissiya üzvləri adında “Parlament” sözü olan bir sıra qəzetlərdən son vaxtlar Mətbuat Şurasına mütəmadi müraciətlərin ünvanlanmasına da münasibət bildiriblər. Qeyd olunub ki, dövlət orqanlarının adlarından belə sui-istifadə hallarının qarşısının alınması məqsədilə Ədliyyə Nazirliyi qarşısında məsələ qaldırılmalıdır. Digər təklifdə isə daha çox mətbu nəşri Mətbuat Şurasının “qara siyahı”sında olan KİV rəhbərləri barədə də ciddi ölçü götürülməsi imkanlarının müəyyənləşdirilməsi qərara alınıb.

1119