Payız gəldi, qriplə neyləməli?
Yolcu Xanvəli: ”Nəzarət tədbirlərinin gücləndirilməsinə daha çox ehtiyac var”
Viktor Qasimov: “Qripə qarşı peyvənd “donuz qripi” virusunun Azərbaycanda yayılmasına qarşı ən yaxşı profilaktik tədbirdir”
Sentyabrın sonlarında Azərbaycanla həmsərhəd olan Dağıstanda qeydə alınmış “Afrika taunu” xəstəliyinin ölkəmiz üçün ciddi qorxusu yoxdur. Hazırda Azərbaycanda bu sahədə vəziyyət sabitdir və sabitliyin qorunması üçün baytarlıq xidməti orqanları aidiyyəti qurumlarla birgə müvafiq tədbirləri davam etdirir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yolçu Xanvəli Lent.az-a açıqlamasında belə deyib. Onun sözlərinə görə, Dağıstanda iki baş çöl donuzu “Afrika taunu”na yoluxandan sonra analoji hadisə Rostovda da qeydə alınıb: “Biz indi mübarizə aparırıq ki, bu xəstəlik donuzlar aramasında baş verməsin. Çünki onun digər viruslarla mutasiya etmək ehtimalı var və bu, təhlükəsi bir şeydir. Ona görə də bizdə “Afrika taunu” baş verəndən donuzçuluq təsərrüfatlarının qapalı şəraitdə fəaliyyət göstərməsi barədə göstərişə hələ əməl olunur”.
Yolçu Xanvəli bildirib ki, bu virusun Azərbaycanda yayılmasına dair narahatlıq müşahidə olunmasa da, donuzçuluq təsərrüfatları qapalı şəraitdə fəaliyyət göstərməkdə davam edəcək. Bundan başqa, Rusiyadan və digər ölkələrdən kənd təsərrüfatı məhsullarının gətirilməsi də nəzarətdə saxlanılacaq: “Azərbaycan Rostovdan ət və kolbasa məhsulları almır, biz kolbasa və kolbasa məmulatlarını əsasən, Moskvaətrafı ərazilərdən gətiririk. Ona görə də ciddi narahatlığa əsas yoxdur”.
Müsahibimiz deyir ki, hazırda dünyada “donuz qripi” virusu daha çox insanlar arasında geniş yayılıb. Bu səbəbdən də səhiyyə orqanlarının nəzarət tədbirlərini gücləndirməsinə daha çox ehtiyac var.
Səhiyyə Nazirliyi isə ölkədə qripə yoluxma hallarının geniş yayılmadığını və belə bir təhlükənin gözlənilmədiyi qənaətindədir. Nazirliyin Sanitar-Epidemioloji Nəzarət İdarəsinin rəisi Viktor Qasımov bildirir ki, adətən, payız-qış mövsümündə qripdən əziyyət çəkənlərin sayı artır. Buna səbəb isə hava şəraitinin soyuq və dəyişkən keçməsidir.
Bununla belə, Viktor Qasımov da özündə qrip xəstəliyinin əlamətlərini müşahidə edən vətəndaşlara yaşadıqları ərazidəki poliklinikaya müraciət etməyi məsləhət görür. Onun sözlərinə görə, hər kəs qripə qarşı pulsuz peyvənd ala bilər və bu, dünya əhalisinin narahatlığına səbəb olmuş “donuz qripi” virusunun Azərbaycanda yayılmasına qarşı ən yaxşı profilaktik tədbirdir.
Elxan SALAHOV

513