Hacıbala müəllim özü çəkir, bizi isə çəkməyə qoymur
28 sentyabr 2009 16:45 (UTC +04:00)

Hacıbala müəllim özü çəkir, bizi isə çəkməyə qoymur

Bakının düz mərkəzində təmir işləri davam edir. Lent.az-ın redaksiyasının yerləşdiyi binanın qarşısında – Zərifə Əliyeva küçəsində yolun yenidən çəkilməsinə birbaşa rəhbərlik edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov isə ənənəsinə sadiq qalaraq, yenə öz ampluasındadır: sıravi fəhlələrə göstəriş verir, yeri gələndə sözün bütün mənalarında şəxsən özü işə qarışır, jurnalistləri isə saya salmır. Belə deyək, özü yolu çəkir, bizi isə şəkil çəkməyə qoymur...

Söhbət heç də Hacıbala müəllimin KİV-lə münasibətlərinin soyuqluq dərəcəsindən deyil, hətta yaratdığı toz-dumandan da getmir. Söhbət söküntü quruculuq işlərini ilin-günün bu vədəsində aparmasından gedir. Axı soruşan lazımdı ki, yay təzə qurtarıb, bu işləri niyə camaat istirahətdə olanda eləmirdiz? Əslində təmir aparılan yoldan keçən sakinlər bunu başçının özündən deyinərək soruşur. Abutalıbov isə camaatın narazılığına ya heç reaksiya vermir, ya da əlini yellədir. Lap bu şəkillərdə olduğu kimi...

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 734

Oxşar yazılar