Dillər Universitetinə qarşı yarım milyonluq məhkəmə iddiası
28 sentyabr 2009 16:25 (UTC +04:00)

Dillər Universitetinə qarşı yarım milyonluq məhkəmə iddiası

Analoji iddia Tibb Universitetinə qarşı da sürülüb

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş üzrə Departamenti (HŞİD) Azərbaycanın iki nüfuzlu dövlət ali məktəbini və bir liseyini məhkəməyə verib. Lent.az-ın məlumatına görə, bunlar Azərbaycan Dövlət Dillər Universiteti (ADDU) və Azərbaycan Dövlət Tibb Universiteti (ADTU) və 6 saylı Bakı Peşə Liseyidir. DSMF hər iki ali məktəbindən və liseydən işçilərin məcburi sosial sığorta haqqına görə ödənilməmiş qalan borcu tələb edir.

Dövlət Dillər Universitetindən tələb olunan məbləğ 468 min manatdır. Tibb Universitetindən və 6 saylı Bakı Peşə Liseyindən tələb olunan məbləği dəqiqləşdirmək mümkün olmayıb.

İşə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində baxılır.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 563

Oxşar yazılar