Fövqəladə hallar nazirinin müavini Masallıya gedib
28 sentyabr 2009 13:45 (UTC +04:00)

Fövqəladə hallar nazirinin müavini Masallıya gedib

Azərbaycanın fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bu gün Masallı rayonuna gələrək ötən gecə təbii fəlakətdən ziyan çəkmiş yaşayış məntəqələrinə baş çəkib.

APA-nın cənub bürosunun məlumatına görə, nazir müavininin göstərişi ilə evləri çiy kərpicdən olan və sel suları nəticəsində dağılan 15-dək yerli sakin üçün çadırlar qurulub, onların normal yaşayışı təmin edilib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə Masallı rayon fövqəladə hallar komissiyasının üzvləri hazırda təbii fəlakətin nəticələrini aradan qaldırmağa və dəymiş ziyanın məbləğini hesablamağa səfərbər olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 754

Oxşar yazılar