İpək Yolunun Naxçıvandan keçən hissəsinə ciddi nəzarət olunacaq
Beynəlxalq İpək Yolunun Naxçıvan Muxtar Respublikası (NMR) ərazisindən keçən hissəsində avtomobillərin hərəkətinə nəzarət etmək məqsədilə radar qurğular quraşdırılıb. NMR Dövlət Yol Polisi İdarəsindən (DYP) Lent.az-a verilən məlumata görə, bu qurğular vasitəsilə Naxçıvan-Sədərək magistralında sürət həddini aşan avtomobillərin nömrə nişanları və onların hansı sürətlə hərəkət etməsini asanlıqla müəyyənləşdirmək mümkün olacaq.
Naxçıvan MR DYP-dən bildiriblər ki, magistral yola nəzarət məqsədilə Holandiya istehsalı olan müasir avadanlıqlar quraşdırılması yeni kompyuter sistemlərinin köməyi ilə radar qurğularının mərkəzləşmiş qaydada qeydiyyatının aparılmasına imkan verir.
Növbəti mərhələdə Naxçıvan-Sədərək magistralında video-müşahidə qurğularının quraşdırılması, hərəkətin fasiləsiz olaraq canlı izlənilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Fariz YUNİSLİ

760