“2-3 nəfər mütləq öləcək...” - REPORTAJ
Elm və təhsil işçilərinə sentyabrın 14-dək vaxt verilib, ancaq onlar mənzillərindən çıxmamaqda qərarlıdırlar
Hüseyn Cavid prospektində (Hüseyn Cavid Parkının kənarında), Elmlər Akademiyası metrosunun yaxınlığında yerləşən, Bakı Dövlət Universitetinin (BDU) müəllimlərinin, Elmlər Akademiyasının işçilərinin yaşadıqları 5 mərtəbəli 10 bloklu bina sentyabrın 14-dək boşaldılmalıdır. Sentyabrın 4-də bununla bağlı Yasamal Rayon İcra Hakimiyyəti müvafiq bildirişi blokların qarşısına yapışdırıb. Bildirişdə yazılır ki, Nazirlər Kabinetinin 24 aprel 2009-cu il tarixli 72 saylı sərəncamına müvafiq olaraq bina qəza vəziyyətinə düşərək yararsız olduğu üçün müvafiq tədbirlər görülməsi nəzərdə tutulub. Sakinlərə 10 gün müddətində mənzilləri boşaltmaları, əmlaklarını çıxarmaları tövsiyə olunur. Bildirişdə vurğulanır ki, göstərilən müddət bitdiyi gün elektrik enerjisi, qaz və su təminatı saxlanılaraq, binanın istismarı dayandırılacaq.
Yasamal Rayon İcra Hakimiyyəti sakinlərin nəzərinə çatdırır ki, əmlaklarının daşınma xərclərini və 6 aylıq kirayə haqlarını “Kapitalbank”ın 2 saylı Yasamal filialından onların adına açılmış xüsusi hesabdan çıxara bilərlər. Mənzillərə veriləcək zəmanət məktubu ilə əlaqədar isə sakinlər Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət etməlidirlər.
Qeyd edək ki, bu binanın qəzalı vəziyyətdə olması və boşaldılması ətrafında qalmaqal keçən ilin yayında başlayıb. Sakinlər o dövrdə binanın qəzalı vəziyyətdə olmadığını və mənzillərindən çıxmayacaqlarını bildirmişdilər.
Bəs indi vəziyyət necədir, sakinlər mənzillərindən çıxmağa hazırlaşırlarmı?
Lent.az-ın müxbiri ərazidə olub, bina sakinləriylə danışıb.
“Baş nazirlə bizi görüşdürəcəklərini dedilər, yalan çıxdı...”
Bizi binanın həyətində sakinlər – pensiyaçı Səfər Cəfərov, ixtisasca hüquqşünas Fikrət Mədətov və digərləri qarşıladı. Sakinlər binadan çıxmağa hazırlaşmadıqlarını və sona qədər bütün gücləriylə müqavimət göstərəcəklərini söylədilər. Onların bu dirənişlərinin əsasında isə inamsızlıq durur. Səfər Cəfərov bildirdi ki, Yasamal Rayon İcra Hakimiyyətinin bildirişləri blokların qarşısına vurulmazdan əvvəl 21 saylı Mənzil İstismar İdarəsinin rəisi bina sakinləriylə görüşüb və onları baş nazir Artur Rəsizadənin saat 16:00-da öz kabinetində gözlədiyini deyib. Bina sakinləri – BDU-nun dosenti Çingiz Həsənov, Şahin Nəsirov, Zərifə xanım və Cəlal müəllim həmin vaxt rəisin “Mercedes” markalı minik maşınıyla Nazirlər Kabinetinə gediblər. Ancaq ora çatanda məlum olub ki, onları baş nazirlə yox, baş nazirin müavini Abid Şərifovla görüşdürmək istəyirlər. Sakinlər də bununla razılaşmayıblar. Səfər müəllim dedi ki, hələ keçən ilin yayında bina sakinləri Abid Şərifovla heç vaxt görüşməyəcəklərinə and içiblər: “Çünki baş nazirin müavini o zaman bina sakinlərinə, hətta yaşlı xanımlara qarşı kobud davranmışdı. Bizə keçən il Prezident Aparatında Abid Şərifovun görüşmək üçün bizi gözlədiyini deyəndə də bunu qəbul etməmişdik. İndi bizi yenidən Abid Şərifovla görüşə aparmaq qeyri-səmimiyyətdən, verilən vədlərin yalan olduğundan xəbər verirdi. Qısası, baş nazirlə bizi görüşdürəcəklərini dedilər, yalan çıxdı. Elə səhəri gün də bu bildirişi gətirib blokların qarşısına yapışdırdılar. Bizimlə heç bir yüksək səlahiyyətli dövlət rəsmisi görüşmürsə, görüş vədiylə aldadılırıqsa, necə inana bilərik?”.
“Vallah, bina qəzalı deyil!”
Sakinlərin inamsızlığını şərtləndirən digər amil onların xahişiylə binaya memarların, o cümlədən hökumətin özünün Belarusdan dəvət etdiyi mütəxəssislərin verdikləri rəylərdir: “Respublikada tanınmış memarlardan Emin Axundov, Şamil müəllim keçən il sakinlərin xahişiylə gəlib baxdılar, binanın qəzalı vəziyyətdə olmaması ilə bağlı rəy verdilər. Keçən il hökumətin özünün dəvət etdiyi belaruslu 3 mütəxəssisin də rəyinin surəti bizdə var. Həmin rəydə də binanın qəzalı vəziyyətdə olması yazılmayıb. Sadəcə, qeyd olunur ki, zəiflik var, binanı gücləndirmək istiqamətində təmir işləri aparılmalıdır. Qəzalı olmaq və binanın gücləndirilməsinə ehtiyac olması məsələsi tamamilə ayrı-ayrı şeylərdir. Bir nüansı da qeyd etmək istəyirəm. Belaruslu mütəxəssislərdən əvvəl Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim müəllim də bura gəlmişdi. Sakinlərə deyirdi ki, binaların bünövrəsi yoxdur. Ancaq belaruslar burada ölçmə işləri apardılar, bir müddətdən sonra nəticələri götürüb dedilər ki, binaların özülü kifayət qədər dərin və möhkəmdir. Ancaq indi bildirişdə yazılıb ki, binalar qəzalıdır. Deməli, məqsəd başqadır, qəza söhbəti uydurmadır. Şübhəmizi əsaslı edən bir məsələ də var. Keçən ilin martında Bakı şəhər İcra Hakimiyyəti bu binaların fasadlarını təmir etdirirdi. Təmirin 2-ci ayı qəfil binaların Hüseyn Cavid prospektinə baxan hissəsində eyvanları çox kobud şəkildə sökməyə başladılar. Təsəvvür edin ki, eyvanları ağır texnikaya qoşur, çəkib çıxarırdılar. Belə söküntü zamanı sözsüz ki, eyvanla bərabər binadan müəyyən daşlar da düşürdü. Açıq-aşkar görünürdü ki, binaya qəzaya düşmüş vəziyyəti verməyə çalışırlar. Sakinləri o vaxt aldadaraq deyirdilər ki, bu eyvanları söküb, yerinə təzə eyvanlar quraşdıracaqlar“.
Sakinlər əslində burada bir deyil, üç bina olduğunu, binaların bir-birinə yaxın üç ayrı özüldə tikildiyini də qeyd etdilər. İlk dəfə söz-söhbət Hüseyn Cavid prospektinə paralel, Ş.Mehdiyev küçəsində yerləşən 3 bloklu bina ətrafında başlayıb. Hüquqşünas Fikrət Məmmədov keçən il iyunun 18-də gecə saatlarında Yasamal Rayon İcra Hakimiyyətinin işçilərinin binanın qəzalı vəziyyətdə olması barədə xəbərdarlıq edərək, sakinləri mənzillərdən çıxardıqlarını söylədi. Səhər açılanda isə bu üç bloklu binaya verilən qaz, su və elektrik enerjisi kəsilib. Ancaq ötən dövr ərzində binadan bir daş belə düşməyib. Sakinlər də özləri müxtəlif yollarla yenidən kommunikasiya xətlərinə qoşulublar və bu günə qədər mənzillərində yaşamaqda davam edirlər.
“Mənzillərimizdən çıxmayacağıq”
Fikrət Mədətov yalnız bu il aprelin 24-də Nazirlər Kabinetinin sərəncamında digər iki binanın da qəzalı vəziyyətə düşmüş bina kimi göstərildiyini və beləliklə, boşaldılması istənilən blokların sayının 10-a çatdığını vurğuladı.
Səfər Cəfərov və digər sakinlər hesab edirlər ki, bu binaların yerləşdikləri əlverişli yer kimlərinsə maraq dairəsinə düşüb, burada çoxmərtəbəli binalar tikdirib, gəlir götürmək məqsədi güdülür, hazırkı binaların qəzalı vəziyyətdə olması isə yalan söhbətdir.
Səfər Cəfərov isə əlavə etdi ki, bu binada yaşayanların əksəriyyəti BDU-da və Elmlər Akademiyasında çalışmış, hazırda 60, 70 və 80 yaşları olan təhsil və elm işçiləridir: “Sökülmə söhbəti çıxandan neçə insan yatağa düşüb, ürək xəstəsidir. Dünən bir nəfər vəfat etdi. Əgər sentyabrın 14-də bizi zorla bu binalardan çıxarsalar, 2-3 nəfər buna dözməyəcək, mütləq öləcək. Ancaq onu da bilsinlər ki, bina sakinləri mənzillərindən çıxmamaqda qərarlıdır, sona qədər qətiyyətlə mübarizə aparacaq, evlərimizdən çıxmayacağıq. Bu binada yaşayanlar Azərbaycan elminə, təhsilinə ciddi töhfələr vermiş insanlardır. Burada Azər Balaşoğlu, Heydər Əliyevin müəlliməsi olmuş 93 yaşlı Sona xanım, hazırladığı dərslik əsasında Kaliforniya Universitetində dərslər keçirilən 85 yaşlı Həbibə xanım var. Həbibə xanım hər gün evdən çıxanda ağlayır. Bu yaşlarında insanları əsassız bəhanələrlə küçələrə, kirayələrə salmaq allahsızlıqdır”.
Fikrət Mədətov isə hüquqi baxımdan və Konstitusiyaya görə insanlara qarşı belə davranışın yolverilməz olduğunu dilə gətirdi: “Bu binalarda mənzillərin demək olar ki, hamısı özəlləşdirilib. Konstitusiyaya görə, mülkiyyət toxunulmazdır. Digər tərəfdən, bu yaşda, ömür-günlərinin bu vaxtında bu insanlar kirayədə necə yaşayacaqlar? Bu, onları öldürmək kimi bir şeydir”.
Söhbətimiz zamanı məlum oldu ki, Nazirlər Kabinetinin 24 aprel 2009-cu il tarixli, 72 saylı qərarında sakinlərə 24 ay ərzində bu ərazidə tikiləcək yeni binaların veriləcəyi qeyd olunub. Ancaq Səfər Cəfərov buna da inanmadıqlarını bildirdi: “Əgər yüksək səviyyəli dövlət rəsmiləri bizimlə görüşdən yayınırsa, bu vədə necə inanmaq olar? Kim zəmanət verir ki, həqiqətən 24 aya burada mənzillər tikiləcək? Bəlkə mənzili tikən şirkət müflis oldu, o halda necə olacaq? Bir də axı niyə bizim qəzalı vəziyyətdə olmayan binalarımızı söküb, bizi belə vədlərlə küçələrə salırlar? Pensiya yaşında olan insanlara verilən qiymət budurmu?”.
“6 ay kirayə üçün 500-700 manat verəcəklər, sonrası nə olacaq, bilinmir”
Sakinlərlə söhbətimizdən o da aydınlaşdı ki, 6 ay kirayədə yaşamaları və əşyalarını daşımaları üçün onlara hər ay 500-700 manat təklif olunur. Başqa sözlə, iki otaqlı mənzili olanlara 500 manat, üç otaqlı mənzilləri olanlara 700 manat veriləcəyi bildirilib. Ancaq 6 aydan sonra hər ay həmin vəsaitin verilib-verilməyəcəyi bəlli deyil. Nazirlər Kabinetinin qərarında da bu, konkret göstərilməyib. Səfər müəllim qeyd etdi ki, 24 aya yeni binaların tikilib-tikilməyəcəyi, bu müddətdə kirayə üçün vəsaitin verilib-verilməyəcəyinin bəlli olmadığı, 60-80 yaşlı insanların yaşayış yerlərindən faktiki sürgün olunacaqları fonunda yaşamağa davam etsələr də, hələ də hökumətin öz ziyalılarının, zamanında Azərbaycana böyük xidmət göstərmiş insanların səsini eşidəcəyinə inanırlar.
BDU-da işlədiyini, dosent olduğunu söyləyən, ancaq adının açıqlanmasını istəməyən digər yaşlı bir müəllim də binaların sökülməsi istiqamətində səylərin mahiyyətində qazanc götürmək olduğunu vurğuladı.
Sakinlər bu ərazidən deputat seçilmiş BDU-nun rektoru Abel Məhərrəmovdan da küskündürlər. Deyirlər ki, deputat seçkisində gəlirdi, ancaq binaların, həm də keçən əsrin 60-cı illərində BDU-nun tikdirdiyi və hazırda BDU-da dərs demiş, deyən insanların yaşadıqları binaların sökülməsi məsələsi ortaya çıxandan sonra bir dəfə belə onlarla maraqlanmayıb, görüşməyib...
Ramiz Mikayıloğlu

810