Ən yüksək seçici fəallığı Xankəndi Seçki Dairəsindədir  - YENİLƏNİB
01 sentyabr 2024 18:25 (UTC +04:00)

Ən yüksək seçici fəallığı Xankəndi Seçki Dairəsindədir - YENİLƏNİB

Növbədənkənar parlament seçkilərində ən yüksək seçici fəallığı olan dairə məlum olub.

Lent.az-ın xəbərinə görə, saat 17:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 122 saylı Xankəndi Seçki Dairəsidir.

Bu seçki dairəsində seçici fəallığı 49,48 % olub.

***

16:10

Bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində azad edilmiş ərazilərdə saat 15:00-a olan seçici fəallığı açıqlanıb.

Lent.az-ın xəbərinə görə, bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib.

O bildirib ki, azad edilmiş ərazilərdə bu saata olan seçici fəallığı aşağıdakı kimidir:

118 saylı Ağdam-Xocalı – 34,27%

119 saylı Ağdam – 34,12%

120 saylı Cəbrayıl-Qubadlı – 40,03%

121 saylı Laçın – 33,78%

122 saylı Xankəndi – 42,75%

123 saylı Kəlbəcər – 32,03%

124 saylı Şuşa-Ağdam-Xocavənd – 36,39%

125 saylı Zəngilan-Qubadlı – 39,73%

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 885
avatar

Oxşar yazılar