“Qurbanla futboldan başqa  hər şeydən danışdıq” – Əməkdar artist
01 sentyabr 2024 19:41 (UTC +04:00)

“Qurbanla futboldan başqa hər şeydən danışdıq” – Əməkdar artist

"Dünən gecə saatlarına kimi fikirləşirdim ki, “Qarabağ”ımız Avropa futbolunun “Tottenhem”, “Ayaks” və digərləri kimi nəhəngləri ilə necə oynayacaq? Ancaq xəyallar gerçəkləşir və düşüncələrim obyektə fiziki bədənimdən əvvəl çatdı".

Lent.az xəbər verir ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkədə yazıb. 

“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanovla fotosunu izləyiciləri ilə bölüşən Bəhram təsadüfən onunla kafedə rastlaşdığını bildirib:

"Kafedə oturub çay içirəm, bir də görürəm ki, Qurban Qurbanov məkana kofe içmək üçün gəlir. Məşqdən əvvəl biri-birimizə müsbət enerji yüklədik, xəbər mübadiləsi etdik, futboldan başqa hər şey haqda danışdıq. Ümid edirəm ki, biri-birimizi yaxşı dəstəklədik. Ona yeni oyunlarında uğurlar arzuladım.

Qurban Qurbanova polad xasiyyətinə görə təkcə futbol deyil, gəncləri motivasiya etdiyi üçün təşəkkür edirəm! Elə xarizmatik şəxsiyyətdir ki, ondan hər şeyi öyrənmək istəyirsən - necə davranmağı, danışmağı, öz həyat yolunu qurmağı, necə belə stilli, özünəinamlı və güvənən insan olmağı. Bilirəm ki, onun minlərlə azarkeş ordusu, o cümlədən mən də ondan çox şey öyrənirik. Ona dedim ki, həmyaşıd olsaq da, tez özümdən çıxmaq xasiyyətim mənə qalib gələndə, Qurbanın böyük səbrini həmişə xatırlayıram, coşqunluğumu azaldıram. Hər şeyə görə sağ ol Qurban".

Qeyd edək ki, Qurban Qurbanovun komandası mərhələyə sentyabrın 26-da “Tottenhem”lə Londondakı oyunla start verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6729

Oxşar yazılar

Kıvanç Tatlıtuğ yeni serialla  ekranlara qayıdır

Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır

5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan  sənətçilər

Konsertdən zəngin olan sənətçilər

5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu

Ən reytinqli serialin ulduzu soyundu

4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik  sevgilisindən ayrıldı

İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı

3 iyul 2025 , 18:01
Emre Altuğun  cəsur klipi   sosial mediada həyəcana səbəb oldu -  VİDEO

Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO

3 iyul 2025 , 16:17
Günayın yay keyfi - VİDEO

Günayın yay keyfi - VİDEO

3 iyul 2025 , 12:03
Emin Ağalarov

Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi

3 iyul 2025 , 10:29
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi

“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi

2 iyul 2025 , 16:39