Builki məzunların ən zəif yeri - EKSKLÜZİV
Orta məktəbi bu il bitirən abituriyentlərin yarıdan çoxu 200 bal həddini aşa bilməyib
Bu il orta məktəbi bitirmiş və ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş məzunlar arasında 0-100 bal arasında nəticə göstərənlərin sayı daha çox olub. Aiz etibarilə ikinci yeri 100-200 bal intervalı arasında nəticə göstərənlər tutur. Bu isə o deməkdir ki, orta məktəbi 2009-cu ildə bitirənlərin yarıdan çoxu ali məktəblərə qəbul imtahanlarında 200-dən aşağı bal toplayıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Lent.az-a bildiriblər ki, 2009/2010-cu tədris ilə üzrə ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş bu ilki məzunların sayı 62 min 556 nəfər olub. Onlardan 19 min 695-i (31,48 faizi) 0-100, 14 min 155-i (22,63 faizi) 100-200, 11 min 421-i (18,26 faizi) 200-300, 13 min 279-u (21,23 faizi) 300-500, 4 min 6 abituriyent isə (builki məzunların cəmi 6,40 faizi) 500-700 bal intervalı arasında nəticə göstərib.
Əvvəlki illərin məzunları arasında 0-100 bal arasında nəticə göstərən abituriyentlərin sayı builki məzunlardan daha çoxdur. Amma əvvəlki illərin məzunlarının bilikli hissəsinin artıq tələbə olduğunu, qalanların isə sadəcə ələkdən keçmədiyini nəzərə alsaq, bu, təbiidir. TQDK-da deyirlər ki, bu il ali məktəblərə qəbul imtahanların iştirak edənlərin 44 min 791-i əvvəlki illərin məzunlarıdır. Onlardan 22 min 392-si (49,99 faizi) 0-100, 11 min 193-ü (24,99 faizi) 100-200, 6 min 290 nəfəri (14,04 faizi) 200-300, 4 min 529-u (10,11 faizi) 300-500, 387-si isə (0,86 faizi) 500-700 bal intervalı arasında nəticə göstərib.
Komissiyada bildirirlər ki, builki qəbul prosesində 6 min 633 abituriyent qabiliyyət imtahanlarında iştirak edib və onlardan 2 min 877 nəfəri ali məktəblərə daxil olub. Qəbul prosesində qabiliyyət imtahanı vermiş bütün abituriyentlərin 4 min 424-ü (66,70 faiz) 0-100, 1368-i (20,62 faiz) 100-200, 578-i (8,71 faiz) 200-300, 248-i (3,74 faiz) 300-500, 15 nəfəri (0,23 faiz) 500-700 bal toplayıb.
Elxan SALAHOV

686