Bu il ali məktəblərə tələbə qəbulu üçün ayrılmış 29030 plan yerinə 27476 abituriyent qəbul olunub. Qəbul planı 94,65 faiz yerinə yetirilib. Boş qalan plan yerlərinin ümumi sayı 1554-dür.
Lent.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, ali məktəblərin boş qalan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunub. Həmin yerlərə ixtisas seçimi avqustun 7-dən 11-dək internet vasitəsilə aparılır.
Məleykə Abbaszadə bildirib ki, boş qalmış yerlərə əlavə qəbulda I ixtisas qrupu üzrə müsabiqədə 1091, II qrupda 590, III qrupda 1887, IV qrupda isə cəmi bir neçə abituriyent iştirak etmək hüququna malikdir. Onun sözlərinə görə, abituriyentlər elektron ərizədə ali məktəblərin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilər.
İxtisas qrupları və bölmələr üzrə qəbul planı və qəbul olmuş abituriyentlərin say bölgüsü belədir:
İXTISAS QRUPU | Qəbul planı | Qəbul olunmuş abituriyentlərin sayı | |||
Azərbaycan bölməsi | Rus bölməsi | Birgə müsabiqə aparılan ixtisaslar | Azərbaycan bölməsi | Rus bölməsi | |
I | 6981 | 1018 | 719 | 7075 | 1190 |
II | 4244 | 662 | 2425 | 5730 | 1011 |
III | 6731 | 1080 | 1715 | 7813 | 1224 |
IV | 1769 | 316 | 1370 | 3004 | 429 |
Elxan SALAHOV