QİÇS-ə yol açan virusun gen xəritəsi çözüldü
Yeni texnologiyanın tətbiqi sayəsində AIDS (QİÇS) xəstəliyinə yol açan HİV virusunun gen xəritəsi tamamilə deşifrə edilib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, bu barədə “Nature” jurnalına açıqlamasında Şimali Karolina Universitetinin professoru Kevin Veeks məlumat verib.
Professor bildirib ki, virusun gen xəritəsinin artıq elm üçün məlum olması bu xəstəliklə mübarizədə yeni müalicə üsullarının tətbiqinə və xəstənin tam sağalmasına imkan yaradacaq. Eyni zamanda qripin müxtəlif növlərinə, o cümlədən “donuz qripi”nə qarşı mübarizə də səhiyyənin işi asanlaşacaq.
O qeyd edib ki, HIV virusu DNT deyil, RNT tipi bir virusdur. “SHAPE” üsulu ilə RNT-nın liflərini yaradan və nükleotid adlanan blokların şəklini çıxarmaq mümkün olub.
HİV virusunun RNT-nın detallarının xəritəsinin əldə edilməsi sayəsində onların məhv edə biləcək dərmanların hazırlanması, mikrobların insan bədənində çoxalmasının qarşısını alacaq mexanizmlərin formalaşdırılması müasir tibb elmi üçün çətin olmayacaq. Professor vurğulayıb ki, HİV virusunun detallarının məlum olması qısa müddətdə onu məhv edəcək dərman hazırlanmasının yolunu açıb.
Qeyd edək ki, hazırda HİV virusuna qarşı 20-yə qədər dərman işlədilir. Ancaq bunlar ciddi effekt vermir və həm də insan onların çoxunu bir dəfəyə içməlidir. Bunun isə kənar fəsadları olur.

Oxşar yazılar

Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07
Yeni həftə yalnız bu BÜRCLƏRƏ xoşbəxt bilet verəcək
30 iyun 2025 , 18:43
İyul ayında gözlənilən maqnit qasırğaları: təhlükəli TARİXLƏR
30 iyun 2025 , 17:38
Müəllimlərin işə qəbulunun ŞƏRTLƏRİ
30 iyun 2025 , 17:35
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
30 iyun 2025 , 17:23
Çuxura düşən Cümşüdün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
30 iyun 2025 , 16:46