İordaniyalı hərbiçilər Göygölə səfər edib
Qonaqlar ANAMA-nın Göygöl Təlim Mərkəzində olub
Bu gün İordaniyalı hərbiçilər Göygölə səfər edib. İordaniya Silahlı Qüvvələrinin Kral Mühəndis Korpusunun nümayəndə heyətinin səfərinin məqsədi 2009-2010-cu illər üçün Azərbaycan-İordaniya əməkdaşlıq planına əsasən Azəbaycanda minadan təmizləmə, partlamamış maddələrin və əldə hazırlanmış partlayıcı maddələrin zərərsizləşdirilməsi zamanı istifadə edilən vasitələr, alətlər və avadanlıqlarla tanışlıq olub.
Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, nümayəndə heyətində Kral Mühəndis Korpusunun briqada generalı Zohair Mohd Fandi Al-Azzam, polkovnik Sanda Mousa Suleyman Alsavalqa, Polkovnik Nayef Ali Odeh Alshoubaki təmsil edib. Qonaqlar ANAMA-nın Göygöldəki Təlim Mərkəzinə gəlib, burada hərbçilərin təlim prosesini izləyib, mina təmizləmə əməliyyatında istifadə olunan müasir texnikalarla tanış olublar.
Daha sonra onlarla görüşdə iştirak edən ANAMA-çılar, Göygöl rayon hüquq-mühafizə orqanı nümayəndələrinə buradakı şəraitdən məmmun qaldıqlarını bildiriblər. Gələcəkdə İordaniyalı hərbiçilərin burada təlim keçəcəyini diqqətə çatdırıblar.
Vüsalə Cənnətova

576