15 idmançı qabiliyyət imtahanı vermədən tələbə oldu
05 avqust 2009 14:30 (UTC +04:00)

15 idmançı qabiliyyət imtahanı vermədən tələbə oldu

Onlardan 5 nəfəri çempion, 3-ü mükafatçı və eyni zamanda çempion, 7-si isə mükafatçı idmançılardır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ali məktəblərə qəbul imtahanlarının nəticələrinə uyğun olaraq, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına müsabiqədən kənar qəbul edilmiş Avropa və Dünya çempionatlarının çempion və mükafatçılarının siyahısını açıqlayıb.

TQDK-dan Lent.az-a bildiriblər ki, test imtahanlarından tələb olunan minimal balı (50 bal) toplamış və qabiliyyət imtahanları qaydalarına əsasən, qabiliyyət imtahanlarından azad edilmiş belə abituriyentlərin siyahısına 15 nəfər daxildir. Onlardan 5 nəfəri çempion, 3-ü mükafatçı və eyni zamanda çempion, 7-si isə mükafatçı idmançılardır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 809

Oxşar yazılar