71 KİV “reket” nəşr elan olunub
“Reket” və “qara siyahı”da yer alan mətbuat orqanlarının adları yayım firmalarına və mətbəələrə göndərilib
Azərbaycan Mətbuat Şurası 2009-cu ilin yanvar-iyun ayları ərzindəki fəaliyyəti ilə bağlı hesabat yayıb.
Lent.az-a Mətbuat Şurasından daxil olan məlumata görə, 2009-cu ilin ilk yarısında Azərbaycan Mətbuat Şurasına ümumilikdə 247 müraciət daxil olub. Bu müraciətlərin 81-i dövlət idarə, müəssisə və təşkilatlarından, 24-ü ictimai qurumlardan, 5-i siyasi partiyalardan, 13-ü yerli özünüidarəetmə orqanlarından, 35-i özəl müəssisələrdən, 89-u ayrı-ayrı vətəndaşlardan daxil olub.
Daxil olan şikayətlərin 23-ü MŞ-nin səlahiyyətinə aid olmadığından baxılmaq üçün müvafiq orqanlara göndərilib.
Şura Katibliyi 181 şikayətlə bağlı cavabdeh və şikayətçi tərəfləri Şuraya dəvət edib. Bu mərhələdə 79 məsələ yerindəcə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 102 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın müvafiq komissiyalarına təqdim edilib.
55 məsələdən 31-i bu komissiya səviyyəsində həllini tapıb. Bu şikayətlər üzrə yalnız rəylərin çıxarılması ilə kifayətlənib. Digər 24 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib.
“Reket” jurnalistikaya qarşı Mübarizə Komissiyasında 36 şikayət araşdırılıb. Həmin şikayətlərə rəy verilərək yekun qərarın qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim olunub.
Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasında 11 şikayət araşdırılıb. Onlardan 7-si həllini tapıb. 4-ü ilə bağlı əlavə materiallara ehtiyac duyulduğundan araşdırmalar davam edir.
Şuranın İdarə Heyətində müzakirə edilən şikayətlərin sayı 24-dür.
İlin ilk yarısında Şikayətlər üzrə Komissiyanın 8, “Reket” jurnalistikaya qarşı mübarizə Komissiyasının 5, Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının 3, Şuranın İdarə Heyətinin 6 iclası keçirilib.
2009-cu ilin ilk altı ayı ərzində Şikayətlər üzrə Komissiyanın, “Reket” jurnalistikaya qarşı mübarizə komissiyasının təqdimatları əsasında Mətbuat Şurasının İdarə Heyəti tərəfin 17 qərar qəbul edib. Şikayətlər üzrə Komissiyada 31 rəy, “Reket” jurnalistikaya qarşı mübarizə Komissiyasında 5 ümumi rəy çıxarılaraq MŞ İdarə Heyətinə təqdim olunub.
2009-ci ilin ilk yarısında Mətbuat Şurasına ən çox Bakı (78), Gəncə (11), Lənkəran (9) və Mingəçevirdən (9) şikayət daxil olub.
Hesabatda qeyd olunur ki, Mətbuat Şurası “reket” jurnalistikaya qarşı mübarizəni iki istiqamətdə aparıb. Birincisi, “reket” elan olunub, adlarının ictimaiyyətə açıqlanıb. İkincisi, “reket” nəşrlərə qarşı ictimai qınaq fəallaşdırılmağa çalışılıb.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti Şuranın Şikayətlər üzrə Komissiyasının və “Reket” jurnalistikaya qarşı mübarizə Komissiyasının təqdimatı əsasında 2009-cu ilin birinci yarısı ərzində iki dəfə “reket” nəşrlərin adlarını açıqlayıb. Fevralda 36, apreldə isə 19 nəşrin adı “reket” elan olunub. Şuranın İdarə Heyətinin müvafiq qərarı ilə mətbuatın “qara siyahı”sı tərtib olunub və həmin siyahıya Mətbuat Şurasının əvvəlki illərdə çıxardığı qərarlara əsasən “reket” elan olunan 16 kütləvi informasiya vasitəsinin də adı daxil edilib.
İctimai qınağı fəallaşdırmaq üçün ölkədə fəaliyyət göstərən yayım firmalarına və mətbəələrə məktublar göndərib. Həmin məktublarda bildirilib ki, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin 24 aprel 2009-cu il tarixli iclasında Şuranın Katibliyinin və müvafiq komissiyalarının təqdimatı əsasında 71 kütləvi informasiya vasitəsinin “reket” nəşr elan olunması və onların adlarının “qara siyahı”ya salınaraq ictimaiyyətə açıqlanması barədə müvafiq qərar çıxarılıb. Mətbuatın “qara siyahısı” da yayım firmalarına və mətbəələrə göndərilərək KİV-lə əməkdaşlıq qurularkən bu faktların nəzərə alınması tövsiyə edilib.
Hesabatda Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun formalaşdırılması ilə bağlı fəaliyyətdən də söz açılır.
Sənəddə qeyd olunur ki, Mətbuat Şurasının bu istiqamətdəki fəaliyyəti hələ ötən ilin əvvəlindən başlayıb. Məsələ öncə Şuranın hazırladığı Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası layihəsində əksini tapıb. Həmin sənəd ölkə prezidentinin 31 iyul 2008-ci il tarixli sərəncamı ilə təsdiqlənib. Dövlət başçısının 3 aprel 2009-cu il tarixli fərmanı ilə Azərbaycan Mətbuat Şurasına Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun formalaşdırılması ilə bağlı təkliflərini hazırlamaq tövsiyə olunub.
Fondun 3 aprel 2009-cu il tarixdə prezident fərmanı ilə təsdiqlənmiş Nizamnaməsinə əsasən MŞ yeni qurumun Müşahidə Şurasına 9 nəfəri KİV-lərdən, 9 nəfəri jurnalist təşkilatlarından olmaqla 18 namizədin siyahısını müəyyənləşdirərək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edib. Ölkə prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı ilə həmin siyahıda yer alan 18 nəfərdən 3-ü KİV-lərdən, 3-ü jurnalist təşkilatlarından olmaqla 6 nəfəri Fondun Müşahidə Şurasına üzv təsdiqlənib.
Hesabatda media ilə bağlı konfrans və “dəyirmi masa”ların təşkili bölməsində yazılır ki, ilk tədbir fevralda türkiyəli jurnalistlərin bir qrupu ilə Mətbuat Şurasında görüş keçirilib.
Mətbuat Şurası fevralın 20-də cəmiyyətin informasiya tələbatını öyrənmək məqsədilə həyata keçirdiyi sorğusunun nəticələrini açıqlayıb. Əhalinin müxtəlif təbəqələri arasında keçirilən sorğuda 1000 respondentin fikri öyrənilib.
Mayın 11-də Azərbaycan Mətbuat Şurasında Türkiyənin ölkəmizdə səfərdə olan nüfuzlu media təmsilçilərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib. Dialoq xarakteri daşıyan toplantıda əsas diqqət Türkiyə-Azərbaycan münasibətlərinin son durumuna, Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələlərinə yönəlib.
Tədbirdə Türkiyə tərəfdən Avrasiya Qəzetəcilər Cəmiyyətinin rəhbəri Kürşad Zorlu, “Yeni Şəfəq” qəzetinin müxbiri Murat Palavar, həmin qəzetin yazarı İbrahim Qaragül, “Radikal” qəzetinin beynəlxalq xəbərlər şöbəsinin müdiri Ceyda Karan və digər nümayəndələr iştirak ediblər. Toplantıya ölkəmizin nüfuzlu media təmsilçiləri də qatılıblar.
Həmin gün Azərbaycan Mətbuat Şurasında Bakıda səfərdə olan Beynəlxalq Mətbuat İnstitutunun sədri Ceyn Virkunnen və qurumun icraçı direktoru Devid Dədc ilə görüş keçirilib. Səfərdən məqsəd BMİ-nin dünya konqresinin və 59-cu Baş Assambleyasının Azərbaycanda keçirilmə imkanlarını dəyərləndirmək olub.
Mətbuat Şurası 2009-cu ildə «Görkəmli jurnalistlərin anımı» silsiləsindən tədbirlərə başlayıb. Bu məqsədlə Şurada Məmməd Nazimoğlu, Sona Bağırova və Nəriman Zeynalovun xatirə mərasimləri təşkil olunub.
Azərbaycan Mətbuat Şurası yanvarda Rusiyanın Ermənistana silah satması faktı ilə bağlı Rusiya KİV-lərinə müraciət ünvanlayıb.
Mayın 20-də “Medianın ekstremal şəraitdə iş xüsusiyyətləri” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə Şuranın ölkəmizin aparıcı kütləvi informasiya vasitələrində 30 aprel 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciə ilə bağlı gedən materialların monitorinqi əsasında hazırlanmış hesabat açıqlanıb.
Mətbuat Şurası bu ilin fevralından başlayaraq ABŞ-ın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə “Mətbuatda peşə etikası norma və qanunlarının gözlənilməsi” layihəsi çərçivəsində ölkənin 60-dək aparıcı media vasitəsində monitorinq keçirir. Monitorinqin gedişində peşə prisniplərinin pozulmasına yol verən KİV-lərin rəhbərləri ilə görüşlər keçirilib. Həmçinin aylar üzrə monitorinqin nəticələri ictimaiyyətə açıqlanıb. Layihə çərçivəsində “Mətbuatda peşə etikası və qanunlarının gözlənilməsi” adlı bülleten hazırlanıb.
Bundan başqa Şura ölkənin aparıcı KİV-lərində bu il aprelin 30-dan mayın 15-dək olan dövrü əhatə edən xüsusi monitorinq keçirib. Monitorinqdən məqsəd aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciənin mediada işıqlandırılması səviyyəsinə aydınlıq gətirmək, peşəkarlıq xüsusiyyətlərini dəyərləndirmək olub.

2847