“Donuz qripi”nə yoluxan digər azərbaycanlı da evə buraxılacaq
03 avqust 2009 12:15 (UTC +04:00)

“Donuz qripi”nə yoluxan digər azərbaycanlı da evə buraxılacaq

Azərbaycanda A/H1N1 (“donuz qripi”) virusuna yoluxmuş ikinci xəstə bu gün günün ikinci yarısı evə buraxılacaq.

Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Soltan Əliyev APA-ya bildirib ki, 7 saylı Uşaq Yoluxucu Xəstəxanasında müalicə alan 15 yaşlı yeniyetmənin vəziyyəti yaxşıdır: “Bütün nəzarət analizləri yenidən aparılıb. Xəstənin səhhəti ilə bağlı heç bir problem yoxdur və o, özünü yaxşı hiss edir”.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin məlumatına əsasən, Azərbaycanda 27.07.2009-cu il tarixində Fransadan və 29.07.2009-cu il tarixdə İngiltərədən səfərdən qayıtmış Bakı və Gəncə şəhər sakinlərində xəstəlik aşkar edilib. Xəstələrdən biri 15 yaşlı yeniyetmə, digəri isə 43 yaşlı qadındır. Virusa yoluxma təsdiqini tapan kimi, qadın Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna, yeniyetmə isə 7 saylı Uşaq Yoluxucu Xəstəxanasına yerləşdirilmişdi. Avqustun 1-də qripə yoluxmuş qadın sağaldığına görə evə buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 820

Oxşar yazılar