“100 min manatlıq malım yanıb, başımı itirmişəm...” - REPORTAJ
Taxta bazarındakı yanğına sevinənlər də var, kədərlənənlər də...
İyulun 29-da Nərimanov rayonu, Dərnəgül yolundakı topdansatış taxta bazarında baş verən yanğın bir çox suallar ortaya çıxardı. Üstəgəl, həmin gün bəzi dəllalların taxtanın qiymətini qaldırmaları ilə bağlı kütləvi informasiya vasitələrində məlumat yayıldı.
Lent.az-ın müxbiri taxta bazarındakı durumu aydınlaşdırmaq üçün Dərnəgül yolundakı bazarlarda olub.
Qiymətlər dəyişməyib
Dərnəgül yolunun kənarında çoxlu sayda taxta materiallarının satıldığı satış məntəqələri var. Bunlardan ikisi daha çox tanınır. Birincisi, Dərnəgül yolunda tikinti mallarının satıldığı, el arasında “köhnə bazar” kimi tanınan bazardır. Yanğın bu bazarda deyil, üç avtobus dayanacağı qədər aralıda yerləşən təzə, sahəsinə görə daha böyük bazarda baş verib.
Öncə “köhnə bazar” da olduq. Özümü dam örtüyünə lazım olan taxta materialları axtaran alıcı kimi qələmə verib, qiymətlərlə maraqlandım. 35-40 yaşlarında olan Nizami adlı satıcı ümumiyyətlə, taxtanın 1 kubmetrini 190 manata satdıqlarını söylədi. O, müxtəlif en, hündürlük və uzunluqlakı taxta materiallarını sayla almağımı məsləhət görmədi.
Söhbətimiz bir az çox çəkdiyindən digər iki satıcı da nə almaq istədiyimlə maraqlandı. Beləcə, arada yanğın baş verən digər bazardan da söz düşdü. Yanğının nədən baş verdiyi, taxtanın qiymətinə təsir edib-etmədiyi ilə maraqlandım. Satıcılar dedilər ki, yanğın elektrik xəttinin alışmasından olub. Nizami həmin gün bir nəfərə məxsus üç obyekt yandığını, üstəgəl, həmin sahibkarın tikdirdiyi kiçik otaqda qoyulmuş kassada “bir qalaq pul”un yandığını oradakı satıcılardan eşitdiyini söylədi.
Yanğının qiymətlərə təsirinə gəlincə, satıcılar bildirdilər ki, boş söhbətdir, heç bir təsiri olmayıb. Yanğından əvvəl də 1 kubmetr taxtanı 190 manata satıblar.
“Çinlilərlə iranlılar gəlir, tələs...”
Söhbətin bu yerində “təzə bazar” da asılıb-kəsildi. Nizami dedi ki, əsl bazar “köhnə bazar”dır, “təzə” sonradan, həm də qeyri-qanuni tikilib, başında da “yol çəkənlərin böyüklərindən biri” durur. Nizami onu da dedi ki, digər bazarda yanğının baş verməsi yaxşıdır. Arqumenti də budur ki, orada insanları həmişə aldadıblar. Ümid edir ki, bundan sonra taxta-şalban almaq istəyən müştərilər “köhnə bazar”a gələcəklər.
Sonda bir həftədən sonra taxta almaq üçün onları arayacağımı bildirdim və telefon nömrəsi götürdüm. Ayrılarkən satıcılar mənə məsləhət gördülər ki, tələsim, payıza doğu qiymətlər qalxacaq. Səbəbini də belə izah etdilər ki, payızda həm ev tikənlərin sayı çoxalacaq, həm də bir azdan Azərbaycana çinlilərin, iranlıların axını güclənəcək. Nizami çinlilərlə iranlıların tək azərbaycanlıların tikdirdiyi evlərdə işləmək üçün yox, həm də yaşamaq üçün Bakıya gəldiklərini mənə izah etməyə çalışdı.
Mən də telefon nömrəsi götürdüm və söz verdim ki, inşaallah, bir həftəyə əlaqə saxlayacam.
100 milyon manatlıq taxta-şalban
“Köhnə bazar”dakı satıcılar mənim bir həftə sonra taxta almaq üçün gələcəyimə ümid bəsləməkdə olsunlar, üz tutdum yanğının baş verdiyi bazara. Dərnəgül yolundakı bu topdansatış taxta bazarı əslində şosse yoldan 50 metr kənarda başlayır. Yol sağa doğru şaxələnir. Bura əslində normal bir planı, yolu-izi olan bir bazar deyil. Şaxələnmiş yolların kənarlarında, hətta aralarda yerləşən bir neçə iri restoranın yanında, qarşısında tikinti materiallarının satılması istər-istəməz diqqət çəkir. Qısası, bazarın bir neçə məhəlləyə bölündüyünü desək, səhv etmərik. Üstəgəl, bu şaxələnmiş yollar elə kələ-kötür, dağılmış vəziyyətdədir, elə gölməçələr var ki, nəinki xırda minik maşınları, hətta böyük yük maşınları da yavaş sürətlə və ehtiyatla bu yollarda hərəkət edirlər.
Bazarın yanmış hissəsinə isə əsas yoldan kələ-kötür də olsa, nisbətən geniş yol ayrılır. Bura həm də topdansatış taxta bazarının demək olar ki, sonuncu qismidir. Avtobusdan düşdükdən sonra bazarın bu hissəsinə soruşa-soruşa gəlmək üçün yarım saatdan çox vaxt sərf etməli oldum. Ancaq bura gələnə qədər də bazarın digər hissələrində satıcılarla söhbətləşdim.
İlk söhbət etdiyim 50 yaşlı Famil adlı sahibkar-satıcı oldu. Alıcı kimi söhbətə başladığım satıcıdan yavaş-yavaş bazarda baş verənlər və taxta bazarının ümumi durumu haqqında bütün suallarıma demək olar ki, cavab aldım. O da yanğının taxta bazarında qiymətlərə təsir etmək gücündə olmadığını dilə gətirdi. Əli ilə satış məntəqələrini göstərərək dedi ki, bu bazarda yananlar “taxta dənizində damla” kimi bir şeydir. Onun sözlərinə görə, sahəsi hektarlarla ölçülən bu bazarda 100 milyon manatdan çox dəyəri olan taxta-şalban var.
Sahibkarlara hər 1 kubmetri 200 dollara düşür
Söhbətimizdən məlum oldu ki, əslində bu bazarda “köhnə bazar”a nisbətən qiymətlər ən azı 10-15 faiz ucuzdur. Dedi ki, Dərnəgüldəki “köhnə bazar”dan adətən məlumatsız insanlar taxta və digər tikinti malları alırlar. Azərbaycanda ən böyük olan bu böyük topdansatış bazarına isə əksəriyyət, o cümlədən rayonlarda taxta alveri ilə məşğul olanlar gəlir.
Taxtanın 1 kubmetri bu bazarda 170-175 manata satılır. O, mənə də taxtanın kubmetrini 170 manata təklif etdi.
Söhbətimiz zamanı “köhnə bazar”dakılardan fərqli olaraq Famil bu bazarda taxtası yananlara acıdığını söylədi. Deyir ki, 5 sahibkarın 25 vaqondan çox taxtası və “dik”i yanıb, ya da ələ gəlməz vəziyyətə düşüb. Bu da 2500 kubmetrdən çox taxta materialıdır. Taxtanın hər kubunun sahibkara 200 dollara düşdüyü nəzərə alınsa, söhbət 500 min dollardan çox pulun bir anda göyə sovrulmasından gedir. Famil nəzərə çatdırdı ki, onlar taxtanı Rusiyada tanışları vasitəsiylə alıb Azərbaycana gətirsələr belə, 1 kubmetri 200 dollardan aşağı düşmür. Ona görə də taxta satışı ilə məşğul olan sahibkarlar taxtanı əsasən Azərbaycana vaqonlarla topdan taxta gətirən və Keşlə dəmiryol stansiyasında onları böyük həcmlərlə satan biznesmenlərdən alırlar: “Biz yol xərcləri çıxandan sonra hər kub taxtanın üstünə beş-üç manat qoyuruq. Obyektləri yanan insanlar da o pulu qəpik-qəpik qazanmışdılar. Çoxunun da sığortası yoxdur. İndi nə edəcəkləri allaha qalıb...”.
Qəsd də ola bilər...
Nəhayət, bazarın yanğın baş verən hissəsinə gəldik. Burada bir satış məntəqəsi istisnayla, digərlərində yanmış, zay olmuş taxtaları yük maşınlarına yükləyirdilər. “Allah əvəzini versin” deyib fəhlələrə jurnalist olduğumuzu, sahibkarlarla görüşmək istədiyimizi söylədik. Bir nəfər özünü təqdim etməkdən imtina edərək dedi ki, o da taxtası yananlardandır: “100 min manatlıq malım yanıb, başımı itirmişəm. İki gündür ki, telekanallardan gəlib çəkirlər, yazırlar. Heç bir xeyrini görməmişik. Yalandan niyə danışdırırsınız”. Dedim ki, vəzifəmiz sizin dərdinizi yazmaqla cəmiyyətə və dövlət qurumlarına çatdırmaqdır, məsələn, sığortanız varsa, sığorta qurumları sığortanızı vermirsə, biz yazandan sonra bunu dövlət qurumları da bilər, sığorta qurumlarının da nüfuzlarından ehtiyatlanıb, insafa gəlməsi mümkündür. Özünü təqdim etmək istəməyən bu sahibkarın cavabından məlum oldu ki, onun malları sığorta edilməyib, malları yananlardan yalnız birinin malları sığorta olunubmuş. Bunu dedikdən sonra da uzaqlaşdı.
Yanğından zərər görmüş digər sahibkarlar orada olmadığından ətrafdakı başqa sahibkarlarla söhbət etdik. Sahibkarlardan biri dedi ki, yanğının gecə saatlarında baş verməsi istər-istəməz insanda şübhə yaradır. O, bu yanğının qəsdən törədilməsinin də mümkün olduğunu dilə gətirdi: “Bunu hardasa söyləmək də olmur, onda da dövlət qurumları soruşacaq ki, həmin adamlarla qəsd-qərəzi onlarlar kimdir. Hər halda araşdırma aparılır, yəqin ki, həqiqəti malları yanan sahibkarların özlərinin ifadələrindən sonra üzə çıxarmaq mümkün olacaq. Bəlkə də yanğın həqiqətçn elə elektrik xəttindəki qısaqapanmadan olub?...”.
Sığorta 5-dən 1-nin dadına yetir
O da maraqlıdır ki, bu sahibkarlar yanğının bu qədər geniş miqyaslı olmasında, yanğınsöndürənlərin yanğını söndürməkdə çətinlik çəkmələrində həm bazar rəhbərliyini, həm də özlərini günahlandırdılar. Dedilər ki, belə böyük bazarda bazar rəhbərliyi əslində gərək çoxdan yanğınsöndürmə briqadasının fəaliyyət göstərməsini təmin edəydi. Digər tərəfdən, obyektlərdə də taxta-şalban elə sıx yığılıb, bir satış məntəqəsindən digər satış məntəqəsinə gedən yol elə daraldılıb ki, yanğınsöndürən maşının oradan keçməsi qeyri-mümkündür. Sahibkarlardan biri dedi ki, əslində böyük həcmdə pula gedən malın olduğu bir yerdə sahibkarın hər gün su ilə yeri suvarması, eyni zamanda bir neçə çəlləkdə su saxlaması lazımdır: “Bazarı axtarsan, yüz min manatlarla dəyəri olan taxta-şalban taylarının yanında nə su çəlləkləri, nə də yerin səhərlər suvandığını görərsən. Heç bu bazarın özünə də düz-əməlli su gəlmir. Kranı açanda azca sızır”.
Bazarda olduğumuz müddətdə hadisə yerinə “AzSğorta” ASC-nin bir əməkdaşı da gəldi. Tanış olduq. Bizimlə söhbətdə “AzSğorta” ASC-nin nümayəndəsi Tural Şükürov bildirdi ki, malları yanan 5 sahibkardan yalnız biri mallarını sığortalayıb. Bu da Telman Mahmudovdur. O, dəymiş zərərin dəqiqləşdirildiyini və sığorta qanunvericiliyinə uyğun olaraq zərərin ödəniləcəyini söylədi.
Telman Mahmudov həmin vaxt bazarda olmadığı üçün onunla söhbətləşə bilmədik. Hər halda yəqin ki, onun sığorta məsələsindən sonra danışmağa az-çox həvəsi olardı. Digərlərinin həyata küskünlüyünü isə anlayırıq. Allah yardımçıları olsun...
Bazarda olarkən öyrəndik ki, baş verən yanğın hadisəsi ilə bağlı müvafiq dövlət qurumları araşdırma aparırlar və yaxın günlərdə araşdırmanın nəticələri ilə bağlı məlumat veriləcəyi bildirilib.
Ramiz Mikayıloğlu

766