Cütlüklərin 90 faizinin qarşılaşdığı 10 problem
21 aprel 2025 14:16 (UTC +04:00)

Cütlüklərin 90 faizinin qarşılaşdığı 10 problem

Əlaqələrdə hər kəs öz serialının baş qəhrəmanıdır – ehtiraslı anlar, münaqişələr və xoşbəxt sonluqla. Ancaq bəzi çətinliklər istənilən cütlükdə – istər bir ildir birlikdə olun, istərsə də iyirmi – labüddür. Əsas məsələ panikaya düşməmək və çıxış yolları axtarmaqdır.

Lent.az bununla bağlı məlumatları təqdim edir:

1. Emosional yaxınlığın azalması

Əvvəllər saatlarla söhbət etdiyiniz insanla indi yalnız "necəsən?" kimi gündəlik suallar qalıb.

Nə etməli?

Telefon, televizor və sosial şəbəkələrsiz ünsiyyət üçün xüsusi vaxt ayırın. Bir-birinizi yalnız gündəlik məsələlər haqqında yox, həm də arzular, hisslər və gələcək planlar barədə dinləyin.

2. Yaxın münasibətlərdə monotonluq

Vaxt keçdikcə ehtiras sönə və yaxınlıq adiləşə bilər.

Nə etməli?

Arzular barədə açıq danışın, təcrübədən qorxmayın. Romantik görüşlərdən tutmuş fantaziyalar barədə dürüst söhbətlərə qədər yeniliklərə açıq olun.

3. Maliyyə ilə bağlı fikir ayrılıqları

Biri Maldivə istirahətə getmək istəyir, digəri isə yeni soyuducu almaq.

Nə etməli?

Ümumi və şəxsi xərcləri müəyyən edin. Maliyyə məqsədlərinizi birlikdə müzakirə edib, ortaq büdcə planı hazırlayın.

4. Uşaqların tərbiyəsi ilə bağlı fərqli baxışlar

Siz intizam tərəfdarısınız, partnyor isə uşağın öz yolunu tapacağına inanır.

Nə etməli?

Uşaqlara hansı dəyərləri ötürmək istədiyinizi müzakirə edin. Hər iki tərəfi qane edəcək ümumi qaydalar formalaşdırın.

5. Diqqət çatışmazlığı

Partnyor daim işdə və ya telefonda məşğuldur, siz isə diqqətdən kənarda qalırsınız.

Nə etməli?

Tələblərinizi açıq şəkildə ifadə edin. Niyə daha çox vaxt keçirməyin sizin üçün vacib olduğunu izah edin.

6. Qısqanclıq və etimadsızlıq

Partnyorun kimə "like" verdiyini izləyirsiniz? Gizlicə telefonunu yoxlayırsınız?

Nə etməli?

Etibar səmimi söhbətlərlə qurulur. Əgər qısqanclıq öz güvənsizliyinizlə bağlıdırsa, öz özünə inam üzərində işləməyə dəyər.

7. Fərqli həyat məqsədləri

Siz böyük şəhərdə karyera qurmaq istəyirsiniz, partnyor isə kənddə yaşayıb keçi saxlamaq arzusundadır.

Nə etməli?

Kompromis axtarın. Arzularınızı birləşdirmək və ya bir-birinizi dəstəkləməyin yollarını düşünün.

8. Dəstək və anlayışın olmaması

Partnyor sizi eşitmir və ya hisslərinizi vecinə almır.

Nə etməli?

Aktiv dinləməni tətbiq edin – sadəcə qulaq asmayın, həm də anlayış göstərin. Partnyora onun hisslərinin sizin üçün önəmli olduğunu göstərin.

9. Ev işlərinə fərqli yanaşma

Zibili kim atacaq? Kim yemək bişirəcək?

Nə etməli?

Vəzifələri paylaşın və ya qrafik hazırlayın. Əgər bu məsələlər çox mübahisəyə səbəb olursa, kənardan kömək də düşünə bilərsiniz – məsələn, təmizlik xidmətindən istifadə etmək.

10. Kommunikasiya problemləri
Danışırsınız, amma sizi eşitmirlər. Hər söhbət mübahisə ilə bitir.

Nə etməli?

Düşcələrinizi ittiham etmədən ifadə etməyi öyrənin. “Mən belə hiss edirəm…” kimi cümlələr istifadə edin, “Sən həmişə…” demək əvəzinə. Mübahisə etməyə yox, həll tapmağa fokuslanın.

Möhkəm münasibətlərin əsas sirri

“Unutmayın ki, partnyorunuz düşmən deyil. Problemlər – çıxılmaz vəziyyət yox, birlikdə aşılacaq sınaqdır. Sevgi – təkcə qarnınızda kəpənəklər deyil, həm də öz üzərinizdə, partnyorunuzla və münasibətiniz üzərində gündəlik işləməkdir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 720

Oxşar yazılar