“Dəli” ləqəbli  əfsanəvi qapıçı   vəfat etdi
21 aprel 2025 15:26 (UTC +04:00)

“Dəli” ləqəbli əfsanəvi qapıçı vəfat etdi

Argentinalı məşhur qapıçı Uqo Orlando Qatti 81 yaşında vəfat edib.

Lent.az xarici mətbuata istinadla xəbər verir ki, bir neçə ay əvvəl keçmiş qapıçı yol-nəqliyyat hadisəsi keçirib, nəticədə omba nahiyəsindən əməliyyat olunub. Reabilitasiya zamanı o, sağalmasını çətinləşdirən və faciəyə səbəb olan infeksiyaya yoluxub.

Qeyd olunur ki, Qatti karyerası ərzində “River Pleyt” və “Boka Xuniors”da çıxış edib. O, həmçinin digər komandalarla dörd dəfə Argentina çempionatını və iki dəfə Libertadores kubokunu qazanıb.

Qatti Argentina çempionatında 765 oyun keçirib və bu göstəriciyə görə liqanın rekordçusudur.

Bildiyiniz kimi, Uqo aqressiv oyun tərzinə görə "Dəli" ləqəbini alıb. 1982-ci ildə Argentinada ilin oyunçusu seçilib.

Karyerasını başa vurduqdan sonra Qatti ekspert və futbol şərhçisi olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2810

Oxşar yazılar

İspaniya finalda Portuqaliyanın  rəqibi oldu

İspaniya finalda Portuqaliyanın rəqibi oldu

6 iyun 2025 , 01:08
Əməliyyat başa çatdı:  “Yuventus” “Milan”ın futbolçusunu aldı

Əməliyyat başa çatdı: “Yuventus” “Milan”ın futbolçusunu aldı

5 iyun 2025 , 19:46
Dünyanın ən yaxşı 10 mərkəz  hücumçusu - SİYAHI

Dünyanın ən yaxşı 10 mərkəz hücumçusu - SİYAHI

5 iyun 2025 , 17:18
Dünyanın ən yaxşı   10 cinah oyunçusu - SİYAHI

Dünyanın ən yaxşı 10 cinah oyunçusu - SİYAHI

5 iyun 2025 , 14:31
Simone İnzaqi "Əl-Hilal"ın  baş məşqçisi  təyin edildi

Simone İnzaqi "Əl-Hilal"ın baş məşqçisi təyin edildi

5 iyun 2025 , 12:20
"Real" PSJ-nin transferini əlindən aldı

"Real" PSJ-nin transferini əlindən aldı

5 iyun 2025 , 09:39
Messinin yeni klubu  açıqlandı

Messinin yeni klubu açıqlandı

5 iyun 2025 , 03:39
Portuqaliya Ronaldonun qolu ilə finala çıxdı

Portuqaliya Ronaldonun qolu ilə finala çıxdı

5 iyun 2025 , 01:07