Magistraturaya boş qalmış yerlərə 691 ərizə verilib
Müsabiqənin nəticələri gələn həftənin ilk günlərində bəlli olacaq
Ali məktəblərin magistraturasına boş qalmış plan yerləri üzrə əlavə ərizə qəbulu başa çatıb. Mayın 3-də və iyunun 21-də keçirilmiş imtahanında toplanmış ballar əsasında keçirilən müsabiqədə 691 nəfər öz ərizəsini təsdiqləyib.
Lent.az-ın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, əvvəlki sənəd qəbulunda müxtəlif ixtisasları seçmiş bakalavrlara bu dəfə maarif ixtisaslarını da seçmək imkanı verilib. Məhz bu səbəbdən maarif ixtisaslarına ərizə vermiş bakalavrların sayında artım qeydə alınıb. Hazırda bu ixtisasları seçmiş namizədlərin sayı 79-dur.
Xatırladaq ki, müsabiqəyə təhsili ödənişsiz və ödənişli əsaslarla olan ixtisaslar üzrə müsabiqəyə ümumi balı (iki mərhələ üzrə topladığı balların cəmi) 70-dən az olmayan bakalavrlar buraxılırlar. Hər bir bakalavr dövlət və qeyri-dövlət ali məktəblərinin təhsili ödənişsiz və ödənişli əsaslarla olan 10-dək ixtisas kodunu seçə bilər.
Məleykə Abbaszadə bildirib ki, müsabiqənin yekun nəticələri gələn həftənin bazar ertəsi açıqlana bilər.
Elxan SALAHOV

948