Dodağına gülüş qonub... - TEST
31 iyul 2009 13:15 (UTC +04:00)

Dodağına gülüş qonub... - TEST

Gülüşünü görüm, deyim necə adamsan...

Çoxumuz inanırıq ki, hər bir insanın alın yazısı var. Bu yazıya görə də hər bir insanın özünəməxsus xasiyyəti, davranışı, hissləri var. İnsanın içdiyi içki ilə, geyimi ilə, qan qrupu, istifadə etdiyi daş-qaşla, hətta gülüşü ilə onun kimliyini, necə adam olduğunu demək olar.

Lent.az gülüşə görə kimin necə xasiyyətə malik olduğu barədə mütəxəssilərin araşdırmalarının nəticələrini təqdim edir.

Gülərkən qaşlarınızı çatırsınızsa...

Çox təmkinlisiniz.
Yalnız öz ağlınızla hərəkət edirsiniz.
Başqalarının fikirlərini dinləsəniz də, öz bildiyinizi heç kimə demirsiniz.
Özünüzdən çox razısınız. Amma çalışın özünüzə qıraqdan baxasınız. Onda harada və nədə səhv etdiyinizi bəlkə görə bildiniz.

Gülərkən əlinizi ağzınıza tutursunuzsa...

Hər şeydən çəkinənsiniz.
Özünüzə lazımınca güvənmirsiniz. Tez sıxılırsınız.
Ətraf mühitin diqqətindən kənarda qalmağı xoşlayırsınız. Bu da sizin daima kölgədə qalmağınıza səbəb olur. Bu xasiyyəti tərgidin. Əks təqdirdə sonacan tək qalacaqsınız.
Belə insanlar hətta içdikləri suyu bələ üfürə-üfürə içirlər.

Gülərkən başınızı yelləyirsinizsə...

O zaman çox sadəlövhsünüz.
Hər kəsə, hətta yoldan keçənə belə uşaq kimi inanırsınız.
Başınıza gələn bütün müsibətlər məhz sadəliyinizdəndir.
Ətrafdakılar sizi heç başa düşmürlər. Amma ürəyiniz çox təmizdir.
Kin-küdurətli deyilsiniz.
Sizə bel bağlamaq olsa da, qərar verəndə ağlınızın hökmünə deyil, ürəyinizin səsinə qulaq asırsınız. Bu isə adətən məğlubiyyətlə nəticələnir.

Gülərkən burnunuzu qaşıyırsınızsa...

Deməli, siz çox dəyişkən insansınız.
Hər dəqiqə öz fikrinizi dəyişə bilərsiniz.
Siz bu xasiyyətdə küləkdən geri qalmırsınız.
Özünüzdən yaman razısınız.
Sanki alçaq dağları siz yaratmısınız.
”Sizi bir tapan, bir də itirən sevinər” məsəli məhz belə insanlara şamil edilir.
Ətrafınız insanlarla dolu olsa da, daxilən təksiniz.
Bunun da günahı sizin özünüzdədir.

Hay-küylü gülüş sahibi

Bu şəxslər həddindən ziyadə temperamentli olurlar.
Bəzən səbirli görünürlər, bəzən də tez özündən çıxırlar.
Amma əsl kişiyə məxsus xarakterlərə malikdirlər.
Dostluqda alicənab olan bu şəxslərə düşünmədən etibar etmək olar.
Onlar sevdiklərini yarı yolda buraxmazlar.
Bu kəslər həmçinin tələbkardırlar. Yalanı sevmirlər.

Özünəməxsus gülüş tərzi

Bu şəxslər həm mülayim, həm də qəddar olurlar.
Fərqli xüsusiyyətləri, fərqli dünya görüşləri var.
Adətən ibadət əhli olurlar. Ətrafdakılar onu başa düşmür.
Bu isə onlara çox az təsir edə bilir.
Çünki onlar özlərini qüvvətli hiss edir.
Keçmiş üçün yox, gələcək üçün yaşayırlar.
Onları yıxmaq hər adama nəsib olmur.

Kimyə Rüstəmova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1158

Oxşar yazılar