“Donuz qripi”nə yoluxanlarla kontaktda olanlar müayinədən keçirildi
31 iyul 2009 12:30 (UTC +04:00)

“Donuz qripi”nə yoluxanlarla kontaktda olanlar müayinədən keçirildi

A/H1N1 virusu (“donuz qripi”) aşkarlanmış xəstələrlə kontaktda olan bütün şəxslər müayinədən keçirilib. Müayinələrin nəticəsi mənfi olub.

Bu barədə APA-ya Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov bildirib. Onun sözlərinə görə, ümumilikdə Stansiyanın laboratoriyasında indiyədək 500-dən yuxarı insanın qan nümunələri yoxlanılıb. Direktor müavini laboratoriyada “donuz qripi”nə yoluxmaqda şübhəli bilinən daha iki şəxsin nəticələrinin analiz olunması ilə bağlı məlumatları təkzib edib.

Ş. Qurbanov deyib ki, “donuz qripi”nə yoluxmuş iki xəstə 6-7, maksimum 10 günə tam sağalacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 815

Oxşar yazılar