Baş nazirin müavini kimlərin uşaqlarının narkotik istifadəçi olduğunu açıqlayacaq
“Azərbaycanda narkotik vasitələrin istifadəçilərinin sayının dəqiqləşdirilməsinə ehtiyac var”.
APA-nın məlumatına görə, bunu Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının cari ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasında komissiyanın sədri, baş nazirin müavini Əli Həsənov deyib.
Ə. Həsənovun sözlərinə görə, hazırda ölkədə 23254 nəfərin narkoman olduğu bildirilsə də, bu rəqəm reallığı əks etdirmir. Yeni və daha dəqiq siyahının tərtibi ilə bağlı komissiya sədri Milli Təhlükəsizlik Nazirliyinə müraciət edəcəyini vurğulayıb.
Ə.Həsənov hesab edir ki, həqiqəti gizlətmək lazım deyil, real rəqəmlər açıqlanmalıdır: «Açıqlanan rəqəm real rəqəmlərə qətiyyən yaxın deyil. Növbəti iclasda görəcəksiniz nələr hazırlayacağam! Mən milli təhlükəsizlik nazirindən xahiş edəcəyəm ki, çox ciddi bir arayışın hazırlanması barədə tapşırıq versin. Bir gün o uşaqların da siyahısını çıxaracağam. Narkotik istifadəçilərinin kimlərin uşaqları olduğunu açıqlayacağam. Əmin olun ki, çalışıb çıxaracağam. Valideynlər də öz uşaqları məşğul olmalıdırlar. İmkansız narkotik ala bilməz. Çünki narkotiklər ucuz deyil, çox bahadır”.

866