“Kleopatra” və “Tac-Mahal”-da müştərilərə saxta içki satılır
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Daşqın-M” MMC-nin ünvanı dəqiqləşdirir
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi daxil olmuş şikayət məktubuna əsasən, Fransa istehsalı olan “Pierre” mineral suları və Avstriya istehsalı olan “Qrani” meyvə şirələrinin ölkə ərazisində saxta variantlarının hazırlanaraq şadlıq saraylarında istifadə edilməsi ilə bağlı monitorinq keçirilib.
Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, Dövlət Komitəsinin əməkdaşları sərəncam əsasında Bakının Binəqədi, Yasamal, Nəsimi, Nərimanov, Səbayel, Sabunçu, Nizami və Xətai rayonlarında yerləşən 52 şadlıq evində araşdırma aparıblar.
Monitorinqlər nəticəsində məlum olub ki, “Kleopatra” və “Tac-Mahal” şadlıq evlərində üzərində müvafiq olaraq, Rusiya, Türkiyə və Fransa istehsalı olduğu qeyd edilən, mənşəyi məlum olmayan saxta “Şvel”və “Aroma“ nektarları, “Perrie” mineral suları müştərilərə satılır.
Şadlıq evlərinə mənşəyi məlum olmayan, Bakıda istehsal olunan bu saxta suların satışını qadağan edən tələbnamə verilib.
Araşdırma zamanı təqdim olunan qaimələrə əsasən, saxta məhsulların “Daşqın-M” MMC istehsal olunduğu müəyyənləşib. Hazırda bu müəssisənin ünvanı dəqiqləşdirilir.
Saxta məhsulların digər istehsalçılarının müəyyən edilməsi üçün müvafiq işlər aparılır.
Ramiz

616