“Donuz qripi” donuzlarımıza düşməyib
24 iyul 2009 15:00 (UTC +04:00)

“Donuz qripi” donuzlarımıza düşməyib

İnək, camış, qoyun və keçilərimiz isə artmaqdadır

Bu ilin birinci 6 ayında Azərbaycanda iri və xırda buynuzlu qaramalın sayı artıb. Ancaq bu müddət ərzində ölkəmizdə donuz qripinə (A/H1N1) yoluxma halı qeydə alınmasa da, qrip səbəbindən donuzçuluq təsərrüfatına marağın azalması müşahidə olunub. Bu da donuzların sayına təsir edib.

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcovun Lent.az-a verdiyi məlumata görə, iri buynuzlu qaramalın sayında 2008-ci illə müqayisədə 2 faiz, yəni 50,2 min baş artım olub və onların sayı 2583,7 minə çatıb.

Qoyun və keçilərin də sayı da artıb. Əgər 2008-ci ildə Azərbaycanda 8316,4 min baş qoyun və keçi olubsa, 2009-cu ilin 6 ayının yekunlarına görə, ölkədə qoyun və keçilərin sayı 8446,8 minə çatıb. Bu da keçən illə müqayisədə 1,6 faiz, başqa sözlə, 130,4 min baş çoxdur.

Donuzların sayında isə 2008-ci illə müqayisədə 6,8 faiz azalma qeydə alınıb. 0,9 min baş azalan donuzların sayı 12 min başa düşüb.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 799

Oxşar yazılar